Azərbaycanlıların "Qiwi"də qalan vəsaitlərinin aqibəti necə olacaq?

Azərbaycanlıların Azərbaycan vətəndaşlarının Rusiyada fəaliyyəti dayandırılmış "Qiwi Bank"ın pul cüzdanlarında qalan pullarının aqibəti xarici yurisdiksiya ilə həll olunacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Report agentliyinə bildirilib.
"Qiwi" pul cüzdanı xarici yurisdiksiyaya aid olduğundan ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məsələləri də müvafiq yurisdiksiya çərçivəsində tənzimlənir.
Məlum olduğu kimi, ölkə daxilində elektron pul təşkilatlarının fəaliyyəti və elektron pulun emissiyası ilə bağlı münasibətlər 2023-cü ilin 9 noyabr tarixində qüvvəyə minmiş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunu ilə tənzimlənir və həmin qanunda elektron pul cüzdanlarında olan pul vəsaitlərin hüquqi rejimi ilə yanaşı hazırda beynəlxalq təcrübədə tətbiq olunan vəsaitlərin qorunma mexanizminin tətbiqini zəruri edən təhlükəsizlik normaları da yer alıb", – AMB bildirir.
Tənzimləyici qurum vurğulayır ki, Azərbaycanda elektron pul təşkilatları tərəfindən qəbul edilmiş pul vəsaitlərinin ayrıca bank hesabında saxlanılması, müvafiq miqdarda sığortaçıda mülki məsuliyyətinin sığortalanması, qarantiya ilə təmin olunması kimi tədbirlər həyata keçirilə bilər.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də "Qiwi Bank"ın lisenziyasını ləğv etdikdən sonra "Qiwi" pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanıb və istifadiçələrin vəsaitlərinin hesabdan çıxarılması dayandırılıb.

Banklar     Tarix: 07 mart 2024

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri