"Azərikard" fəaliyyətini ölkə hüdudlarından kənara genişləndirməyi planlaşdırır
"Azərikard" MMC-nin rəhbərliyi 13-15 noyabr tarixlərində Özbəkistan Resublikasının paytaxtı Daşkənd şəhərində keçirilən "Caspian Energy Investment Forum Tashkent 2023" forumunda iştirak edib və bir sıra yerli təşkilatlar ilə görüşlər keçirib.
Marja xəbər verir ki, Özbəkistan Respublikasına səfər zamanı "Azərikard" MMC-ni Baş direktor Fərid Quliyev və Baş direktorun Biznesin inkişafı və dəstək üzrə müavini Zakir Əhmədov təmsil ediblər.
"Azərikard"-ın Baş direktoru Fərid Quliyev forumda çıxışı zamanı – təşkilatın son illərdə əldə etdiyi uğurlu nəticələr, strateji hədəflər və əsasən də şirkətin yaratdığı "TezÖdə" məhsulu haqqında forum iştirakçılarını ətraflı məlumatlandırmışdır.
Təşkilatın rəhbər heyəti Özbəkistan Respublikasının Banklar Assosiyasıyasının, İnnovasiyaların və Texnologiyaların transferi üzrə Milli ofisinin, İnnovasiyaların inkişafı üzrə Dövlət Agentliyinin, Özbəkistan İT Parkının, UZUM ekosisteminin və bir sıra kommersiya Banklarının həmçinin maliyyə-ödəniş təşkilatlarının rəhbər şəxsləri ilə görüşlər keçirmişdir.
Görüşlərdə Azərikard Prosessinq Mərkəzinin fəaliyyət sahələri barədə ətraflı məlumatlar və son illərdə dünyada nağdsız ödənişlərin artmasını nəzərə alaraq, Azərikard-ın yaratdığı yeni, innovativ "TezÖdə" məhsulu xüsusi yer almışdır. "TezÖdə" məhsulunun innovativliyi və unikallığı görüşlər keçirilən təşkilatların rəhbər şəxsləri tərəfindən böyük maraqla qarşılanmışdır.
Xüsusən "TezÖdə" məhsulunun Özbəkistan Respublikasında da istifadəyə verilməsi istiqamətində fikir mübadilələri aparılmışdır və təşkilatların rəhbərliyi tərəfindən adı çəkilən məhsulun tətbiqinə böyük maraq göstərilmişdir, həmçinin növbəti addımlar üzrə fikir mübadilələri aparılmışdır.
Özbəkistan Respublikasının bəzi dövlət qurumları və kommersiya təşkilatları ilə əməkdaşlığın daha sıx təşkilinə dair razılıqlar əldə edilmişdir və bununla da Memorandumların və Əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulmuşdur.



/ marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?