"Azərkosmos"un ixrac gəlirləri azalıb
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 46 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Marja.az xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın noyabr sayında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında "Azərkosmos" tərəfindən dünyanın 40 ölkəsinə 21,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdi. Beləkilə, "Azərkosmos"un ixracı bu il 25,8% azalıb
"Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin oktyabr ayında isə "Azərkosmos" dünyanın 42 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,4 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ, 872,9 min ABŞ dolları ilə Almaniya və 622 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.


"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?