"Azərsığorta"dan Türkiyəyə işgüzar səfər

(®) Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və aparıcı sığorta şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti sığorta bazarının daha da inkişaf etməsi üçün işgüzar səfərlərinə davam edir. Bu məqsədlə edilən növbəti səfər qardaş ölkə Türkiyə Cumhuriyyətinə olmuşdur. 
Qeyd edək ki, sözügedən səfərdə "Azərsığorta" şirkətinin İdarə Heyəti sədrinin müşaviri, ASA-nın ekspert qrupunun üzvü Ceyhun Qurbanlı da iştirak etmişdir.
Səfər çərçivəsində Türkiyədə sığorta bazarında söz sahibi olan qurumlarla müxtəlif görüşlər keçirilmişdir. Bir neçə gün davam edən səfərdə "Türkiyə Sığorta Birliyi – TSB", "Sığorta Bilgi və Müşahidə Mərkəzi - SBM", "Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyi – SEDDK", "Türkiyə Palatalar və Birjalar Birliyi - TOBB", həmçinin Türkiyənin aparıcı sığorta şirkətləri olan "Anadolu Sığorta" və "QUİCK Sığorta" şirkətlərinin rəhbər işçiləri ilə görüşlər keçirildi. Keçirilən görüşlərin məqsədi ölkəmizdə inkişaf etməkdə olan sığorta bazarının daha da optimallaşması və vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması istiqamətində addımların atılmasıdır. 
Səfər zamanı adları çəkilən qurumlarla yanaşı "Audatex" qiymətləndirmə sisteminin Yaxın Şərq, Şimali Afrika, Türkiyə və Azərbaycan üzrə direktoru ilə də görüş keçirilmiş, mövzu üzrə müvafiq müzakirələr aparılmışdır.
/ marja.az

Banklar     Tarix: 07 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya valyuta xeberleri birbank