"Azərsığorta"nın Şəki filialı yeni konseptdə

(®) İlk və tək dövlət sığorta şirkəti olan "Azərsığorta" filial şəbəkələrinin optimallaşdırılması prosesinə davam edir.
Belə ki, 7 dekabrda Şirkətin növbəti filialı - Şəki şəhərində yerləşən və yeni konsepsiyaya uyğun transformasiya olunan filialının açılışı olub. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə pr. 149 ünvanında yerləşən filialın açılışında "Azərsığorta"nın nümayəndə heyəti ilə yanaşı Şəki şəhər İcra Hakiminin müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev də iştirak etmişdir. 
Şəkidə açılan yeni filial vətəndaşlara yüksək xidmət göstərmək üçün zəruri olan bütün imkanlara sahibdir. Şəki şəhəri ilə yanaşı ətraf rayon və şəhərlərdə yaşayan əhali də bu filiala yaxınlaşaraq Şirkətin təklif etdiyi bütün növ sığorta xidmətlərindən istifadə edə biləcəklər. 
Şirkətin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı açılış mərasimində çıxış edərək Şəki şəhərində yeni filialın açılmasının sevincini bölüşmüşdür. O, həmçinin sığorta məhsullarının və sığorta xidmətlərinin Bakı şəhərindən savayı, həm də bölgələrdə də yaşayan əhalimiz üçün əlçatan olmasının sığorta şirkətlərinin əsas məqsədi olduğunu vurğulamışdır:
"Sığorta ödənişi sığorta şirkətlərinin bir güzgüsüdür, onun fəaliyyətinin göstəricisidir. Bu, həm də sığortalıya göstərilən qayğıdır. Yenilənən şirkət olaraq məqsədimiz əhaliyə ən müasir rəqəmsal proqramlar tətbiq edərək keyfiyyətli xidmət göstərməkdir. Çünki sığorta şirkəti özü bir xidmət sahəsidir və sığorta müqaviləsi bağlandığı zaman sığortalıya vəd verir ki, hadisə baş verdikdə biz sizin yanınızda olacayıq. "Azərsığorta" Şirkəti də öz növbəsində verilən vədlərə əməl etmək üçün bölgələrdə öz filial şəbəkəsini təkmilləşdirir və əhatə dairəsini genişləndirir."
Həmçinin açılışda iştirak edən Şəki şəhər İcra Hakiminin müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev əhalinin sığorta savadlılığının artırılmasının önəmindən, ələlxüsus kənd təsərrüfatı sahəsində sığortanın nə dərəcədə önəmli olmasından bəhs etmişdir. Bundan savayı, Şəki şəhərinin sürətli inkişafından, qarşıya qoyulan məqsədlərdən də danışmışdır: "Şəki şəhərində bir çox yeni layihələr həyata keçirilmiş, 600-dən çox iş yeri açılmışdır və "Azərsığorta"nın filialının yenilənməsi də yerli əhalinin yeni iş imkanları ilə təmin edilməsinə səbəb olmuşdur." 
Qeyd edək ki, 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayan "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olaraq yaradılıb.  
2022-ci il may ayından etibarən "Azərsığorta" brendi ilə fəaliyyətini uğurla davam etdirən Şirkət  36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
/ marja.az

Banklar     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler online pul qazanmaq leobank kart kicik biznes depozit faizleri