"Azərsu" ASC təkliflər sorğusu elan edir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti təkliflər sorğusu elan edir.
Azərsu - TENDER KEÇİRİR
FED.az xəbər verir ki, sorğuda İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Təkliflər sorğusunun iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şə­kildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar.
Təkliflər sorğusunda iştirak etmək istəyənlər aşa­ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba kö­çürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs - Abı­şev Murad Çingiz oğlundan, telefon: + 99 412 431 47 67/87 - daxili 1087 E-mail: [email protected] və Musayev Məmmədyar Ağa oğlundan, telefon: + 99 412 431 47 67 - daxili 2288, E-mail: [email protected]) ala bilərlər.
İşlərin qısa təsviri:
Su anbarının, su xəttinin tikintisi və digər əlaqə­dar işlər.
Tenderdə iştirak haqqı 500,00 (beş yüz manat) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - "Azərsu" Açıq Səhmdar Cəmiyyəti
VÖEN - 9900001751
Bank - "Kapitalbank" ASC-nin 1 saylı Nəsimi fi­lialı
Kod: 200112
VÖEN - 9900003611
Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 
Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 
M/h - AZ37NABZ01350100000000001944
SWIFT AIIBAZ2X
Tender iştirakçıları təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvi­zitləri;
- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini da­yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyici­sinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz isti­fadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayan­dırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Na­zirliyindən alınmış müvafiq arayış);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ix­tisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onla­rın müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
- Azərbaycan Respublikasının dövlət standartla­rına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetiril­məsi üçün verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;
- malgöndərənin (podratçının) son bir ildəki fəa­liyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qay­dada təsdiq olunmuş surəti təqdim edilməlidir);
- mühasibat balansları, mənfəət və zərər haqqın­da hesabat;
- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması (son beş il (2018-ci il yanvarın 1-dən - 2022-ci il dekabrın 31-dək) ərzində ümumi məbləği 10 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xü­susiyyətlərə əsaslanmalıdır) i baş podratçı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (2018-ci il yanvarın 1-dən - 2022-ci il dekabrın 31-dək) ərzində ən azı 5 milyon manat dövriyyə tələb olu­nur) və TMV-nin 1.6-cı bəndində tələb olunan digər sənədlər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndində tələb olunan sənədlər ən azı bir müəssisə tərəfindən təqdim edilməlidir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Təkliflər sorğusu proseduru "Dövlət satınalma­ları haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun keçiriləcəkdir.
Qeyd olunan sənədlər 28 noyabr 2023-cü il saat 16.00-a kimi tender təklifi ilə birgə Bakı şəhəri, Mos­kva prospekti 67 nömrəli ünvanda yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etmə­lidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçı­larının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində 29 noyabr 2023-cü il saat 16.00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələ­ri zərflərin açılışında iştirak edə bilərlər.

Biznes     Tarix: 10 noyabr 2023

Oxşar xəbərlər

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyasının sonuncu tirajının qalibləri müəyyənləşib və 2-ci avtomobilin sahibi bilinib. xəbər verir ki, bəxtəvər qalib Emil Sultanov "Changa

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov


iqtisadi xeberler telefonla pul qazanmaq biznes ideyalari internetden pul qazanmaq rubl mezenne