"Kapital Bank"ın kredit portfeli böyüyüb, faiz gəlirləri kəskin artıb

"Kapital Bank" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 153 milyon 967 min manat xalis mənfəət lə başa vurub. Bank 2024-cü ilin eyni dövrünü 123 milyon 919 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 48 min manat və ya 24,2% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja xəbər verir ki, 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə "Kapital Bank"ın faiz gəlirləri 170 milyon 250 min manat və ya 43,5% artaraq 561 milyon 557 min manat, qeyri-faiz gəlirləri isə 36 milyon 329 min manat və ya 13,2% artaraq 311 milyon 440 min manat təşkil edib (cəmi gəlirləri 206 milyon 579 min manat artıb).
Bankın müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 122 milyon 689 min manat artaraq 445 milyon 624 manat təşkil edib.
"Kapital Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) son 12 ayda 588 milyon 727 min manat və ya 12,3% artaraq 30 iyun 2025-ci il tarixində 5 milyard 371 milyon 839 min manata çatıb. Bank 30 iyun 2024-cü il tarixində 4 milyard 783 milyon112 min manat kredit portfelinə malik idi. 
30 iyun 2025-ci il tarixində "Kapital Bank" ASC 12 milyard 714 milyon 118 min manat cəmi aktivlərə malik olub. 30 iyun 2024-cü il tarixi ilə müqayisədə Bankın cəmi aktivləri 2 milyard 729 milyon 575 min manat və ya 27,3% artıb. 
 "Kapital Bank"da əhalinin və şirkətlərin vəsaitləri də artıb. Belə ki, Bankda depozitlər 1 milyard 876 milyon 263 min manat və ya 24,7% artaraq 9 milyard 477 milyon 352 min manata yüksəlib. 
/ marja.az

Banklar     Tarix: 15 iyul 2025

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq