"AzInTelecom" SİMA ilə bağlı banklarla görüş keçirib

®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC-nin təşkilatçılığı ilə "SİMA – istifadə sahələri, inkişaf perspektivləri və hüquqi aspektlər" mövzusunda işgüzar görüş keçirilib.
Tədbir "AzInTelecom" MMC tərəfindən hazırlanan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın maliyyə sahəsində tətbiqi, hüquqi yanaşmalar, digər istifadə sahələri və rəqəmsal transformasiya fonunda SİMA ilə bağlı gələcək planlara həsr olunub. Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının və ölkədə fəaliyyət göstərən 23 bankın məsul şəxsləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan "AzInTelecom" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov SİMA yeni nəsil rəqəmsal imzanın cari tərəfdaşları və bu inteqrasiyalar nəticəsində vətəndaşlara təqdim edilən xidmətlər haqqında ətraflı məlumat verib.
Elxan Əzizov bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sisteminə inteqrasiyası ilə bağlı intensiv işlər aparılır: "Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. SİMA-nın üstünlüklərinin, xüsusilə əlçatanlığının həm xidmət təqdim edənləri, həm də vətəndaşları rəqəmsal xidmətlərdən istifadəyə təşviq etdiyinin və vətəndaş məmnunluğunu artırdığının şahidi oluruq".
Qeyd edilib ki, SİMA-nın tətbiqi benefisiarlar üçün yeni imkanlar yaratmaqla yanaşı, həm də cari imkanları əvvəlkindən daha əlçatan edir. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb. SİMA yeni nəsil rəqəmsal imza vətəndaşlarımızın rəqəmsal transformasiya prosesindən daha çox faydalanmasını təmin etmək üçün hər gün inkişaf etdirilir.
"AzInTelecom" MMC-nin əməkdaşı, SİMA üzrə məhsul sahibi Tamerlan Məşədihəsənli "SİMA – yeniliklər, bazardakı çətinliklər və gələcək planlar" mövzusunda təqdimat edərək fikirlərini bölüşüb.
"AzInTelecom" MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin bölmə rəhbəri Günel Əlizadə "SİMA – gücləndirilmiş imza. Hüquqi aspektlər" mövzusunda çıxış edərək rəqəmsal imzanın tətbiqinin hüquqi əsasları ilə bağlı rəy bildirib.
Panel müzakirələrinin gedişatında "PAŞA Bank"ın Rəqəmsal Fərdi bankçılıq məhsulları şöbəsinin rəhbəri Şəhla Məmmədova "SİMA-nın bank məhsullarında istifadəsi. "PAŞA Bank" təcrübəsi" mövzusunda çıxış edib.
Şəhla Məmmədova qeyd edib ki, SİMA ilə inteqrasiyadan sonra aparılan analizlər nəticəsində məlum olub ki, rəqəmsal imza ilə çevik şəkildə həyata keçirilən proseslər nəticəsində kredit vermə müddəti 3 dəfə azalıb.
Bankın nümayəndəsi, həmçinin bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tətbiqi ilə müştəri itkisi göstəricisi 2 dəfə azalıb. Yekunda "PAŞA Bank" ilə əməkdaşlığın nəticəsi olaraq, SİMA yeni nəsil rəqəmsal imzanın daha yaxşı istifadəçi təcrübəsinin formalaşmasındakı və müştəri məmnuniyyətinin artmasındakı rolu vurğulanıb.
Görüşdə iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, vətəndaş məmnuniyyətinin yüksəldilməsi və fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşdirilməsi məqsədilə SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaşın olduğu yerdən rəqəmsal dövlət xidmətlərindən faydalanması təmin edilir. 
Rəqəmsal xidmətlərə əlçatanlığın artırılmasına töhfə verən SİMA rəqəmsal imzanın inkişafı məqsədilə təkmilləşdirmə və yeni imkanların əlavə edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
/ banker.az

Banklar     Tarix: 16 mart 2023

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar manat kursu valyuta kurslari pul qazanmaq kripto