"AzSığorta" mənfəətdən zərərə keçib
"AzSığorta" ASC 2022-ci ili 2 milyon 1 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 758 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, ötən il "AzSığorta" ASC-nin cəmi gəlirləri 14 milyon 526 min manat, cəmi xərcləri 17 milyon 54 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi gəlirləri 16 milyon 762 min manat, cəmi xərcləri 15 milyon 815 min manat olmuşdu.
SIĞORTA ÖDƏNİŞLƏRİ ARTIB
"AzSığorta" 2021-ci ildə 10 milyon 900 min manat sığorta haqları yığmışdırsa, 2022-ci ildə 10 milyon 590 min manat toplayıb. Şirkətin sığorta ödənişləri isə 7 milyon 368 min manatdan 9 milyon 439 min manata yüksəlib.
"AzSığorta" şirkəti ötən il 2 milyon 749 min manat investisiya gəlirləri əldə edib. Şirkət 2021-ci ildə 3 milyon 154 min manat investisiya gəlirləri əldə etmişdi. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə Şirkətin investisya gəlirləri 13% azalıb.
14 milyon 7 min manat nizamnamə kapitalına malik olan "AzSığorta" ASC-nin 100%-i Hikmət İsmayılova məxsusdur.


Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Layihə menecmenti nədir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən zəngin idmançıları
Shopify-da necə satışa başlamaq olar?