Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir®1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.
Qeyd edək ki, ICPC dünya finalı Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ICPC Azərbaycan icmasının əməkdaşlığı və PAŞA Holding-in dəstəyi ilə gerçəkləşir. Kapital Bank isə PAŞA Holding-in daxilində bu mühüm qlobal layihədə fəal iştirak edir.
Açılış mərasimində ICPC Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçim mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbə proqramçılarından ibarət 148 komanda final mərhələsinə vəsiqə qazanaraq Bakıya toplaşıb.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bu mötəbər yarışın Bakıda keçirilməsini Azərbaycanın texnoloji tərəqqisinin göstəricisi, beynəlxalq əməkdaşlığa açıqlığının nümunəsi adlandırıb. O vurğulayıb ki, bu təcrübə gənclərin ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına və maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə mühüm töhfə verəcək.
Bankın nümayəndələrinin də qatıldığı açılış mərasimi, Kapital Bank-ın gənclərin inkişafına, innovasiya və texnologiya sahəsində beynəlxalq əməkdaşlıqlara verdiyi önəmin nümunəsidir. Bununla yanaşı, PAŞA Holding-in stendində Kapital Bank tərəfindən gənclərə bank sektorunda mövcud iş imkanları, karyera inkişafı, innovativ məhsullar və layihələr haqqında ətraflı məlumat təqdim olunur. Ziyarətçilərin sualları cavablandırılır, onların maraq göstərdiyi mövzular üzrə interaktiv söhbətlər aparılır.
Beş gün davam edəcək layihə çərçivəsində iştirakçılar həm də Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə müxtəlif beynəlxalq şirkətlərin stendləri ilə tanış ola biləcəklər. Sərgidə "OpenAI", "JetBrains", "Huawei", "Google" kimi qlobal lider texnologiya şirkətləri də öz təcrübə və həllərini təqdim edirlər.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Banklar     Tarix: 03 sentyabr 2025

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler investisiya internetden pul qazanmaq biznes ideyalari biznes qurmaq