Bakıda VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Noyabrın 24-25-də Bakıda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi, Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və "Mastercard" beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
Bu barədə Banker.az-a ABA-dan bildirilib.
Məlumata görə, tədbir "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" şüarı ilə baş tutacaq.
Forumda dövlət qurumlarının, kommersiya banklarının, yerli və xarici biznes strukturlarının, beynəlxalq maliyyə institutlarının, ictimai təşkilatların rəhbərlərinin, eləcə də ABŞ, Türkiyə, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirdə "Postpandemiya dövründə bankçılıq: çağırışlar və imkanlar", "Açıq bankçılıq: gələcək daha əlaqəlidir", "Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru", "Rəqəmsal aktivlər: bizi nə gözləyir", "Müxbir münasibətlər", "Kibertəhlükəsizlik trendləri" mövzularında panel müzakirələri aparılacaq, 50-dən çox spikerin çıxış edəcəyi panellərə 1 000-dən çox iştirakçının dinləyici kimi qoşulacağı gözlənilir.
Bu forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən "Fintex Sammit"dir.

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Biznes planı necə yazmaq lazımdır?
5 liderlik göstəricisi
Layihə menecmenti nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Shopify-da necə satışa başlamaq olar?