"Baku Steel Company" məhsulların çeşidini və ixrac həcmlərini artırmağı planlaşdırır
"Azərbaycanın ən böyük polad istehsalı müəssisəsi olan «Baku Steel Company» məhsul çeşidini genişləndirmək, Azərbaycan bazarını kifayət qədər polad məhsulları ilə təmin etdikdən sonra xaricə ixracı artırmaq niyyətindədir".
Mikayıl Cabbarov: "Brightman BMC" MMC-yə 100 min manat - Güzəştli Kredit Verilib
Bu barədə FED.az-a müsahibəsində "Baku Steel Company" QSC-nin Baş direktorunun müavini, Maliyyə direktoru Anar Hacızadə bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə polada tələbatın artması ilə polad məhsullarının illik istehlakı 1 milyon tonadək artıb: «Azərbaycanda polad istehlakı əvvəlki illə müqayisədə 7% artaraq ildə 1 milyon tona çatıb. Polada tələbatın artması Qarabağ və Şərqi Zəngəzurun bərpası da daxil olmaqla Azərbaycanda tikinti bumu ilə əlaqədardır».
Baş direktorun müavini bildirib ki, polada tələbatın artması ilə «Bakı Steel Company» də istehsal gücündən daha çox istifadə etməyə başlayıb. Belə ki, 2020-ci ildə pandemiya və iqtisadi vəziyyətlə əlaqədar olaraq müəssisənin istehsal gücünün yalnız 50%-dən istifadə olunub. 2021-ci ildə bu rəqəm 75%-ə çatdırılıb, 2022-ci ilin ötən dövründə isə müəssisə öz istehsal gücünün 85%-dən istifadə edib.
Onun sözlərinə görə, "Bakı Steel Company"nin məhsulları Azərbaycanın daxili bazarı ilə yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstana da ixrac edilir. Şirkət ümumilikdə öz istehsalının 10%-ni, yəni ayda 3-4 min ton məhsulu ixrac edir, bu da ayda təqribən 3 milyon dollar deməkdir.
İndi şirkət məhsul çeşidini və ixrac həcmlərini artırmaq niyyətindədir: "Biz mövcud olan potensialın, yəni armatur və digər rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaq istəyirik".
Qeyd edək ki, hazırda "Bakı Steel Company"də pəstah, katanka, müxtəlif çeşidli armatur və borular istehsal edilir. Müəssisə əlavə olaraq yeni məhsulların istehsalına da başlamaq niyyətindədir.
Yeni çeşidlərin əlavə edilməsi şirkətin ixracını artırmaq planları ilə bağlıdır: "Orta və uzunmüddətli perspektivdə biz müəssisələrə investisiya yatıraraq yeni zavodlar inşa etmək və məhsul çeşidini artırmaq istəyirik. Planlarımızda beynəlxalq bazarlara ixracımızı artırmaq, təkcə Rusiya deyil, Türkiyə, Gürcüstan, ümumiyyətlə yaxın ölkələrin bazarlarına girmək var. Bu gün də onlara məhsul ixrac edirik, amma məqsədimiz həcmləri artırmaqdır. Hazırda məhsullarımızı Rusiya, Gürcüstan, Qazaxıstana ixrac edirik. Məqsədimiz ixrac olunan həcmi indiki 10%-dən 20%-ə yüksəltməkdir".

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Layihə menecmenti nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
"iPhone 15" modelinin üstünlükləri
Mcdonalds françayzinqi neçiyədir?
Dünyanın ən çox maaş verən şirkətləri