Bank Avrasiya-nın II rüb üzrə xalis mənfəəti 4 dəfə artıb

Bank Avrasiya-nın II rüb üzrə xalis mənfəəti 4 dəfə artıbBank Avrasiya 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb və ilin ilk yarısında əsas göstəricilər üzrə yüksək artım tempini davam etdirib. Açıqlanan nəticələr bankın sabit inkişaf dinamikasını qoruduğunu və bazar mövqelərini daha da möhkəmləndirdiyini nümayiş etdirir.
Cari ilin ilk 6 ayı ərzində Bank Avrasiya 4.4 milyon manat xalis mənfəət əldə edib. Bu nəticə bankın effektiv risklərin idarə olunması, dayanıqlı maliyyə strategiyası və müştəriyönümlü fəaliyyətinin məntiqi nəticəsidir.
Məcmu kapital 2024-cü ilin 30 iyun tarixinə 80,342.16 manat təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 87,703.44 manata yüksələrək 7,361.27 manat və ya 9.2% artım nümayiş etdirmişdir.
Bölüşdürülməmiş xalis mənfəət (zərər) göstəricisi 2024-cü ilin müvafiq dövründə 6,670.86 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 10,600.84 manata çataraq 3,929.98 manat və ya 58.9% artım qeydə alınıb.
Xalis mənfəət 2024-cü ilin ilk yarısında 1,054.09 manat təşkil etmişdisə, 2025-ci ilin ilk yarısında bu göstərici 4,416.83 manata yüksələrək 3,362.74 manat və ya 319.0% artım göstərmişdir.
Bank Avrasiya son dövrlərdə həm məhsul çeşidinin genişləndirilməsi, həm də göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Rəqəmsal transformasiya, müştəri təcrübəsinin təkmilləşdirilməsi və innovativ texnoloji həllərin tətbiqi bankın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir.
Bank Avrasiya ASC, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 28.11.2007-ci il tarixli, 251 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı Bank Avrasiya-nın rəsmi Facebook, Instagram və LinkedIn sosial media hesabları vasitəsilə və ya *2226 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 16 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq