Bank Avrasiya nizamnamə kapitalını artırdı və rebrendinq barədə elan etdi
®Avrasiyanın nizamnamə kapitalının artımı 21.8 milyon manat və ya 44% təşkil edib. Nizamnamə kapitalının artırılması səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçirilib. Beləliklə "Bank Avrasiya" ASC-nin nizamnamə kapitalı 50 milyon manatdan 71.8 milyon manata yüksəlib. Qeyd edək ki, kapital artımı nəticəsində səhmdarların payları nisbətində dəyişiklik baş verməyib.
Həmçinin, Bank Avrasiya özünün yenilənmiş brendi barədə elan edib. Rebrendinq çərçivəsində bank dörd əsas prinsipi özündə birləşdirən loqo təqdim edib: dürüstlük, təhlükəsizlik, innovativlik, intizamlılıq. Yenilənmiş brendi ilə bank gələcəyə baxışını və yeni çağırışlara hazır olmağını təqdim edir. Bununla bağlı, çöl reklamlarında və filialların fasadlarında aparılan dəyişikliklər tədricən baş tutaraq 2024-cü ilin sonuna qədər tam başa çatdırılacaq.
Beləliklə, Bank Avrasiya fərdi həllər və yüksək səviyyəli xidmət təqdim edərək müştərilərinə daha da yaxın olmaq və strateji məqsədlərinə çatmaq istiqamətində inamlı addımlar atır. / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?