Bank bankomatlarının monitorinqi üzrə proqram təminatı alır - TENDER
"AFB BANK" Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR
Tenderin adı: Bankomatların monitorinqi üzrə proqram təminatının alınması
Tenderin elan tarixi: 20.11.2023
Tenderin son tarixi : 29.11.2023
Texniki tələblər:
1.Onlayn statuslar
2.Sayğaclarının statusları
3.Hesabatlar
4.Bütün modulların statusları
5.Ön monitoru görmək imkanı
6.Həyacan siqnalını göndərmə və ssenari yaradılması imkanları
7.Sms və e-poçt bildirişləri
8.Modullarda olan xətaları təmizləmək imkanı
9.Uzaqdan yenidən başlatmaq və söndürmək imkanı
10.Proqramların uzaqdan yazılması imkanı
11.Xidmətlərin yenidən başladılması imkanı
12.Reyestrə giriş imkanı
13.Fayl ötürülməsi imkanı
14.Elektron logların serverdə saxlanılması
15.Əməliyyat sisteminin uzaqdan idarə ediməsi (tam idarəetmə)
16.Mobil tətbiq və ya VEB xidmətləri
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
-iştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
-İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
-tender təklifi 31.12.2023 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-Optimal qiymət təklifi;
-Texniki göstəricilərə uyğunluq;
-Sənədləşmənin tələb olunan qaydada təşkili;
-Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təklifini tələb edilən sənədlər ilə birlikdə 29.11.2023-cü il -tarixinə kimi qapalı zərfdə (mühürlü) poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz. / marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?