Bank bazarında keşbek rəqabəti iri banka 100 milyon manata başa gəlib

Bank bazarında keşbek rəqabəti iri banka 100 milyon manata başa gəlibAzərbaycanın iri banklarından biri olan "Kapital Bank" ASC-nin xalis mənfəətinin bu il azalmasının səbəbləri məlum olub. Azalmanın əsas səbəbinin keşbek, mil və 2 qat ƏDV bonuslar üzrə müştərilərə qaytarılan vəsait olduğu açıqlanıb.
Marja.az-ın "Kapital Bank" ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verdiyi kimi, Bank 2023-cü ilin 9 ayını 182 milyon 12 min manat xalis mənfəət ilə başa vurub. "Kapital Bank" ötən ilin eyni dövrünü 210 milyon 609 min manat xalis mənfəət ilə bağlamışdı. Hesabata görə, xalis mənfəətin 28 milyon 597 min manat azalması xərclərin gəlirlərdən daha çox artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha çox vəsait ayrılması ilə əlaqədardır. "Kapital Bank"ın 2023-cü ili 200 milyon manatdan artıq xalis mənfəət ilə başa vuracağı gözlənilir ki, bu da 2022-ci ilin 308 miylon 47 min manat xalis mənfəəti ilə müqayisədə 100 milyon manatdan çox azdır.
"Kapital Bank"ın İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor Fərid Hüseynov jurnalistlər ilə görüşündə xalis mənfəətin azalmasına aydınlıq gətirib və bildirib ki, Bank mənfəətinin kifayət qədər böyük hissəsini müştəriləri ilə bölüşür: "Bu il "Kapital Bank" loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərinə geri qaytarıb. Xalis mənfəətdə azalmanın əsas hissəsi bununla əlaqədardır. Bundan başqa, bizim gələcəyə investisiyalarımız var, texnologiyalara sərmayə yatırılır. Bildiyimiz kimi, "Kapital Bank" böyük ekosistemin tərkibindədir. Biz ekosistem şirkətləri vasitəsilə də bu il müştərilərə daha çox investisiya etmişik. Bunu gələn il də davam etməyi planlaşdırırıq". 
Fərid Hüseynov vurğulayıb ki, 2023-cü ildə Azərbaycanın bank bazarı daha rəqabətli və innovativ olub, nağdsız ödənişlərin həcmi dəfələrlə artıb. 
Sonda əlavə edək ki, "Kapital Bank" ASC-nin 100 milyon manat həcmində bir məbləği keşbek, mil və 2 qat ƏDV bonuslar üzrə müştərilərə ödəməsi bank bazarında artan rəqabətə işarə edir. Kart bazarında əsas oyunçu olan banklar müştərilərə alış-verilşərdə daha çox keşbek təqdim etmək uğrunda qızğın rəqabətdədirlər. Bu rəqabət bankların mənfəətin bir hissəsindən məhrum olmaları ilə nəticələnir. 

Banklar     Tarix: 11 dekabr 2023

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart valyuta kurslari biznes qurmaq telefonla pul qazanmaq