"Bank BTB"dən səhm kapitalı ilə bağlı mühüm qərar

"Bank BTB" ASC-nin hər birinin nominal dəyəri 1000  manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhmləri buraxır.
Bu barədə Banker.az Emissiya prospekti və ya informasiya memorandumuna istinad edir.
Bu da ümumilikdə 5 mln. manat dəyərində səhm paketidir.
"Bank BTB" səhmlərini Bakı Fond Birjasında tam yerləşdirəcəyi halda onun kapital mövqeyi bir qədər güclənmiş olacaq. Belə ki, hazırda 66.45 mln. manat nizamnamə kapitalı 71.45 milyon manata yüksələcək.
Son 3 maliyyə ili ərzində bankın aktivləri 356.78 mln manatdan 369.15 mln manata, kredit portfeli 260.8 mln manatdan 268.61 mln manata, müştəriləri hesabları 145.57 min manatdan 152.9 mln manata yüksəlib. Emitent Bank BTB 2021-ci ili 824 min manat zərərlə, 2022-ci ili 4.74 mln manat zərərlə, 2023-cü ili isə 2.78 mln manat xalis zərərlə yekunlaşıb.
Qeyd edilir ki, Covid-19 pandemiya dövründən yaranan çağırışların fonunda bank ümumilikdə maliyyə göstəricilərinin sabitliyini təmin edə bilmiş, Mərkəzi Bankın tələb etdiyi məcmu kapital mövqeyinin minimum tələbdən yüksək saxlanılmasına nail olub.
"Bu məqsədlə, bankın 2022-ci ildə 5 milyon manat həcmində subordinasiya borcunun cəlbinə və bu yolla məcmu kapitalının artırılmasına nail olub"- deyə, prospektə əlavə edilir.
Səhmlər kütləvi təklif ediləcək. Lakin bankın səhmdarı öz üstünlük hüquqlarından səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə başlandığı tarixindən ilk 2 iş günü ərzində istifadə edərək öz paylarına mütənasib qaydada yeni buraxılan səhmləri əldə edə bilər. Bu zaman mövcud səhm mülkiyyətçisinin səhmlərinin nizamanmə kapitalında malik olduqları paya mütənasib qaydada artması ehtimal olunur. Cəmiyyətin mövcud səhmdarı üstünlük hüququndan istifadə etməzsə abunə yazılışına yazılmış investorlar növbəlik qaydasında səhmləri əldə edə bilərlər. Səhmdar öz üstünlük hüququndan istifadə etdikdə, səhmdarlar Nigar İsmayıl qızı Mehdiyevaya məxsus 49 829 ədəd səhm 3749 ədəd səhm (74.9872 %) artaraq 53578 ədəd səhmə (74.9867 %) , Rza İsmayıl oğlu Sadiqə məxsus 12 634 ədəd səhm, 951 ədəd səhm (19.0128 %) artaraq 13585 ədəd səhmə (19.0133 %), Tükazban Ağa qızı Mahmudovaya məxsusu 3987 ədəd səhm 300 ədəd səhm (6 %) artaraq 4287 ədəd səhmə (6 %) sahib olacaqlar. Səhmlərdarlar üstünlük hüququndan istifadə etməzsə, Nigar İsmayıl qızı Mehdiyevaya məxsus 74.9872 % səhmlər azalaraq 69.7397% səhmə , Rza İsmayıl oğlu Sadiqə məxsus 19.0128 % səhmlər azalaraq 17.6823% səhmə, Tükazban Ağa qızı Mahmudovaya məxsus 6 % səhmlər azalaraq 5.5801% səhmə sahib olacaqdır.
Qanunvericiliyə əsasən Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir. Bank BTB-nin ali idarəetmə orqanı onun İştirakçılarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq bankın fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə edə bilər. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Ümumi Yığıncaq nizamnamə kapitalında ən azı 60% paya malik olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır.
Bankın işçi sayı isə 1 yanvar tarixinə 255 nəfər təşkil edir.

Banklar     Tarix: 06 mart 2024

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri