Bank Gəncədə 2-ci filialını açdı
AccessBank 2026-cı il üzrə Strateji İnkişaf Planına uyğun olaraq regionlarda filial şəbəkəsinin genişləndirilməsini davam etdirir.
Marja xəbər verir ki, bu çərçivədə Bankın sayca 39-cu filialı Gəncə şəhərində fəaliyyətə başlayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gəncənin iqtisadi potensialı, sahibkarlıq mühiti və əhali sayı nəzərə alınmaqla şəhərdə AccessBank-ın artıq ikinci filialı müştərilərin xidmətinə verilib. Yeni filial bölgədə həm fərdi müştərilərin, həm də sahibkarların bank xidmətlərinə çıxışını asanlaşdıracaq.
Müştərilərə daha yaxın olmaq və xidmət keyfiyyətini yüksəltmək məqsədilə açılan "Kəpəz" filialı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 70 ünvanında yerləşir. Müasir konsepsiya əsasında qurulan filial funksional planlanması və texnoloji həlləri ilə müştərilərə daha rahat xidmət göstərilməsini təmin edir.
Filialda mikro və aqro kreditlər, biznes və istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların rəsmiləşdirilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur. Eyni zamanda, sahibkarlar üçün maliyyə məsləhəti və ehtiyaclara uyğun fərdi həllər də mövcuddur.
AccessBank regionlarda dayanıqlı maliyyə inklüzivliyinin təmin edilməsi və sahibkarlığın maliyyələşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
/ marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət