Bank istiqraz ilə 40 milyon manat cəlb edir - ŞƏRTLƏR
"Bank of Baku" ASC istiqraz burxılışı yolu ilə 40 milyon manat cəlb edir.
Marja.az Emissiya Prospektinə istinadən xəbər verir ki, Bank hər birinin hər birinin nominal dəyəri 100 manat olan 400 000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlar buraxır.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Tədavül müddəti 18 ay olan istiqrazların illik faiz dərəcəsi 13 faiz (ilk 20 milyon manatlıq yerləşdirmə üzrə), istiqrazlar üzrə faiz ödənişi dövrünün müddəti 90 gündən birdir.
İstiqrazların emissiyası prosesində öhdəlik götürməklə anderraytinq xidmətini "ABB-İnvest İnvestisiya Şirkəti" QSC həyata keçirəcək, investorlardan abunə yazılışı sifarişlərini qəbul edəcəkdir.
"Bank of Baku" ASC-nin səhmdarları "NAB Holding Anonim Şirketi" (35%), İsmayılov Hikmət Əbuzəroğlu (31.11%) və "Azpetrol Neft Şirkəti" MMC-dir (28.89%).
Qeyd edək ki, 30 İyun 2025-ci il tarixində 1 milyard 44 milyon 951 min manat cəmi aktivlərə malik olmuş "Bank of Baku" ASC, 2025-ci ilin ilk 6 ayını 14 milyon 135 min manat xalis mənfəət ilə başa vurub.




Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?