"Bank Melli İran" Bakı filialı kiçilib
"Bank Melli İran" Bakı filialı 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 2 milyon 794 min manat xalis mənfəət ilə başa vurub. Filial ötən ilin eyni dövrünü 1 milyon 357 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bu il "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2 dəfədən çox artıb. Artım əsasən aktivlər üzrə ehtiyatlardan qayıdan vəsait hesabınadır.
Marja.az-ın məlumatına görə, 2023-cü ilin 9 ayında "Bank Melli İran" Bakı filialın faiz gəlirləri 2 miylon 177 min manat, haqq və komissiya gəlirləri 50 min 406 manat təşkil edib. Eyni zamanda, ehtimal olunan aktiv itkiləri üçün üzrə yaradılmış ehtiyatlardan 1 milyon 987 min manat azad olub.
Ötən ilin 9 ayında Filialın faiz gəlirləri 2 milyon 558 min manat haqq və komissiya gəlirləri 130 min manat təşkil etmişdi.
BANK KİÇİLİB
31 Sentyabr 2023-cü il tarixində "Bank Melli İran" Bakı filialı 79 milyon 586 min manat cəmi aktivlərə malik olub. Filial ötən ilin sonunda 96 milyon 620 min manat cəmi aktivlərə malik idi. Bu, Bankın maliyyə institutları qarşısında öhdəlikləri azaldığından nağd vəsaitlərin və müştərilərə verilən kreditlərin azalması ilə əlaqədardır. Bankın kredit portfeli 9 milyon 466 min manatdan 5 miylon 636 min manata geriləyib.



"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Marketinq nə demədir?
Az pulla hansı işi qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
1000 manatla hansı biznesi qurmaq olar?