Bank of Baku-dan dünya çempionatına özəl lotereya

Bank of Baku-dan dünya çempionatına özəl lotereya®Hər zaman müştərilərini sevindirməyə çalışan Bank of Baku bu dəfə futbol azərkeşlərinin ürəyindən xəbər verəcək lotereya kampaniyasına start verir. 
Qətərdə baş tutacaq futbol üzrə 2022-ci il dünya çempionatına özəl olaraq keçirilən lotereyada bütün DostBank istifadəçiləri iştirak edə bilər. DostBank-da minimum 10 AZN ödəniş edərək lotereyada qalib olan şəxsləri aşağıdakı hədiyyələr gözləyir:
Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkəyə 2 nəfərlik səyahət paketi (aviabilet, mehmanxana,transfer,səhər yeməyi, viza dəstəyi);
2022 AZN pul mükafatı;
5  ədəd –  Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkənin futbol komandasının rəsmi uniforması;
10 ədəd – Futbol üzrə 2022-ci il dünya çempionatının futbol topu.
Bank of Baku-nun Dostbank mobil tətbiqində edilən hər 10 AZN-lik uğurlu ödəniş, lotereyada 1 iştirak şansı verir. Müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda  cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 11 AZN, 15 AZN, 8 AZN-lik ödənişlər edibsə, ödənişlər toplanır – 11+15+8=34. Deməli, müştəri lotereyada 3 iştirak şansı əldə edir. Ümumilikdə hər 10 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara daxildir:
Mobil operator ödənişləri;
Kommunal ödənişlər;
TV və internet provayder ödənişləri;
Büdcə ödənişləri;
Stasionar telefon ödənişləri.
Dostbank mobil tətbiqində edilən hər 50 AZN-lik uğurlu ödəniş də lotereyada 1 iştirak şansı qazandıracaq. Bu zaman da müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda  cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 51 AZN, 55 AZN, 100 AZN dəyərində kredit ödənişi edibsə, ödənişlər toplanır – 51+56+100=207. Bununla da müştəri lotereyada 4 iştirak şansı qazanır. Toplamda hər 50 AZN-lik  ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara isə aşağıdakılar daxildir:
Bank of Baku üzrə kredit ödənişləri;
İpoteka və kredit zəmanət fonduna məxsus kredit ödənişləri;
Baku Electronics və Bank olmayan kredit təşkilatları TCF və Embafinans-a məxsus kredit ödənişləri.
Qeyd edək ki, lotereyada yalnız DostBank-da ödəniş edən Bank of Baku müştəriləri iştirak edə bilər. Bir müştəri lotereyada yalnız bir dəfə qalib ola bilər və Bank of Baku-nun əməkdaşları lotereyada iştirak hüququna sahib deyil.
Lotereya 20.11.2022 – 20.12.2022-ci il tarixlərini əhatə edir. Qaliblərin seçimi 25 dekabr 2022-cü il tarixində birdəfəlik tirajla həyata keçiriləcək.
Bank of Baku-nun təşkil etdiyi lotereyada hədiyyə qazanmaq şansı əldə etmək istəyən şəxslər, bankın məhsullarından faydalanaraq bankın müştərisinə çevrilə və DostBank-dan qeydiyyatdan keçib ödəniş edərək lotereyada iştirak edə bilərlər. 
Lotoreya haqqında ətraflı məlumatı buradan – bit.ly/3TJZepH əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku  / banker.az

Banklar     Tarix: 21 noyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq internetden pul qazanmaq biznes qurmaq birbank