Bank of Baku-dan maliyyə savadlılığına töhfə: uşaqlar üçün maarifləndirici kitabça
®Bank of Baku rəqəmsal ödənişlər sahəsində maarifləndirmə tədbirlərini, eləcə də mümkün fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olmaqla bağlı çağırışlarını davam etdirir.
Bu dəfə Bank of Baku uşaqlar üçün maarifləndirici kitabçanın hazırlanılmasına dəstək göstərib. "Ömərin ödəniş kartları ilə tanışlığı" adlı kitabça məktəbəqədər və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub.
Kitabçanın hazırlanılmasında əsas məqsəd azyaşlı uşaqlara rəqəmsal ödəniş alətləri, onların düzgün istifadəsi və mümkün fırıldaqçılıq hallarından qorunma yolları barədə ilkin bilikləri çatdırmaqdır. Kitabçada məlumatlar hekayə formasında təqdim olunur və qavramanı artırmaq məqsədilə mövzuya uyğun maraqlı illüstrasiyalarla da zənginləşdirilib.
Hekayənin müəllifi Bank of Baku-nun Ödəniş sistemləri departamentinin direktorunun müavini, eləcə də ABA nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun rəhbəri Tamerlan Rüstəmovdur.
Bank of Baku və Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fintex Assosiasiyası, "Visa Inc." beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan kitabça məktəblərə pulsuz şəkildə paylanacaq.
Bank of Baku bu təşəbbüsü ilə cəmiyyətin hər bir yaş qrupunu əhatə etməyi, gələcək nəsillərin daha məlumatlı, texnologiyanı doğru istifadə edən və maliyyə baxımından təhlükəsizliyini qorumağı bacaran fərdlər kimi yetişməsinə töhfə verməyi hədəfləyir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
–www.bankofbaku.com
www.facebook.com/bankofbaku / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?