Bank of Baku-dan növbəti maliyyə savadlılığı tədbiri: bu dəfə şagirdlərlə birlikdə
Bank of Baku maliyyə savadlılığının artırılmasını yalnız iqtisadi deyil, sosial məsuliyyət kimi dəyərləndirir və bu istiqamətdə tədbirlərini davam etdirir.
Bank "Maliyyə savadlılığı hər yaşda önəmlidir!" şüarı ilə növbəti tədbirini 13 oktyabr tarixində Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirib.
İki hissədən ibarət olan tədbirdə ilk olaraq 100-dən çox şagirdə maliyyə savadlılığı mövzusunda təlim keçilib. Məktəblilərə pulun tarixi, şəxsi büdcənin qurulması, qənaət vərdişləri, bank kartlarının istifadəsi, rəqəmsal ödənişlər və maliyyə təhlükəsizliyi kimi gündəlik həyatda önəmli olan mövzularda məlumatlar verilib. Şagirdlərə praktiki nümunələr və interaktiv izahlar təqdim olunub.
Ardınca isə 30 şagird komandalar şəklində ayrılaraq maliyyə savadlılığı mövzusunda intellektual yarışmada aktiv iştirak ediblər. Sonda yarışmanın qaliblərinə, eləcə də bütün iştirakçılara Bank of Baku tərəfindən hədiyyələr təqdim olunub.
Eyni zamanda, məktəbin kitabxanasına azyaşlı oxuyucular üçün Bank of Baku-nun Azərbaycan Banklar Assosiasiyası, AzFina və VISA ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi "Ömərin ödəniş kartı ilə tanışlığı" adlı kitabça da hədiyyə edilib.
Qeyd edək ki, Bank of Baku bundan öncə "Maliyyə savadlılığı hər yaşda önəmlidir!" şüarı ilə yaşlı insanlarla görüş təşkil edərək təlim həyata keçirmişdi.
Bank mütəmadi olaraq müştərilərini maliyyə təhlükəsizliyi, təhlükəsiz rəqəmsal ödənişlər, fırıldaqçılıq və dələduzluq halları barədə məlumatlandırır, maliyyə vəsaitlərini qorumaq üçün diqqətli olmağa səsləyir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku









/ banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar