"Bank of Baku" ilk yarımildə 14 milyon manat xalis mənfəət əldə edib
2025-ci ilin yanvar-iyun aylarında "Bank of Baku" ASC-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 28.4% artaraq 14.1 milyon manata çatıb.
Banker.az bunu bankın yarımillik hesabatına istinadən xəbər verir.
Bankın faiz gəlirləri 14.7% artaraq 83.6 milyon manata yüksəlib. Gəlirlərin əsas hissəsi – 79.3 milyon manatı müştərilərə verilmiş kreditlərdən formalaşıb və bu göstərici illik müqayisədə 16.6% artım göstərib.
Faiz xərcləri 18.6% artaraq 32.1 milyon manata çatıb. Ən böyük xərclər depozitlər üzrə faizlərə düşüb – bu xərc 20% artaraq 30.4 milyon manat təşkil edib. Nəticədə, bankın xalis faiz gəliri 12.5% artaraq 51.5 milyon manat olub.
Qeyri-faiz gəlirləri isə 8.6 milyon manat təşkil edib. Bu kateqoriyada alınan haqq və komissiya gəlirləri 19.6% artaraq 9.3 milyon manata yüksəlib.
Qeyri-faiz xərcləri 3% artaraq 41.3 milyon manata çatıb. Əməkhaqqı və digər kompensasiya xərcləri 11.7% artaraq 17.1 milyon manat, amortizasiya xərcləri isə 2.3% artaraq 1.3 milyon manat təşkil edib. Digər xərclər demək olar ki, ötən illə eyni səviyyədə qalıb.
Bank mümkün zərərlər üçün yaradılmış ehtiyatları azaltdığı üçün 196 min manatlıq azadolma qeydə alıb.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?