Bank of Baku-nun filialına basqın olduğu barədə xəbərlər yalandır
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib. Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.
Nazirliyin məlumatında hadisənin hansı bankın filialında baş verdiyinin qeyd edilməməsi cəmiyyətdə və sosial şəbəkələrdə şaiyələrin yayılmasına səbəb olub. Yayılan şaiyələrdən birinə görə, guya basqın Bank of Baku-nun Yasamal filialına olub.
İddialar ilə əlaqədar Marja.az-ın sorğusuna Bank of Baku-dan cavab olaraq bildirildi ki, qeyd olunan hadisə Bankın filialında baş verməyib:
"Hədələmək yolu ilə pul tələb olunması hadisəsinin Bank of Baku-nun Yasamal filialında baş verdiyi barədə sosial şəbəkələrdə yayılan məlumatları təkzib edirik və yalan olduğunu bəyan edirik".

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Cash Back nədir?
Dünyada ən çox oxunan 5 kitab
Bitcoin nədir?
Biznes nədir?
Swift nədir?