"Bank of Baku"da yeni təyinat
"Bank of Baku" ASC-nin Ödəniş sistemləri departamentinə yeni direktor təyin edilib.
Banker.az-ın məlumatına görə, Tamerlan Rüstəmov "Bank of Baku" ASC-nin Ödəniş sistemləri departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, 2020-ci ilin yanvar ayından bu təyinata kimi Ödəniş sistemləri departamentinin direktor müavini kimi çalışıb.
2007-2008-cic illərdə "Debut" KB ASC-də iqtisadçı vəzifəsində işləyib. 2008-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankında Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsində fəaliyyətə başlayaraq böyük mütəxəssis olub. 2017-2020-ci illər ərzində fəaliyyətini Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə Bazarlarına Nəzarət İdarəsinin rəisi olaraq davam etdirib.
Həmçinin Azərbaycan Banklar Assosiasiyasında "Ödəniş sistemləri və rəqəmsla bankçılıq üzrə Ekspert Qrupu"nun rəhbəridir. Azərbaycan Fintex Assosiasiyasında müstəqil ekspert olaraq fəaliyyət göstərir.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları