"Bank of Baku"nun xalis mənfəəti 2 dəfə artıb

"Bank of Baku" ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 18 milyon 501 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 372 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında "Bank of Baku" nun xalis mənfəəti 2 dəfə artıb. Xalis mənfəətin artması - əsasən gəlirlərin artmasından qaynaqlanır.
Marja xəbər verir ki, "Bank of Baku" nun faiz gəlirləri 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında 14 milyon 881 min manat və ya 49,4% artaraq 45 milyon 33 min manat, qeyri-faiz gəlirləri isə 851 min manat və ya 16,3% artaraq 6 milyon 78 min manat təşkil edib. 
Cari ilin yanvar-iyun dövründə "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 51 milyon 111 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 34 milyon 379 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 16 milyon 732 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 5 milyon 672 min manat mənfəətə əlavə edilib və mənfəət 22 milyon 404 min manata yüksəlib. "Bank of Baku" 3 milyon 903 min manat mənfəət vergisi ödədiyindən 2022-ci ilin 1-ci yarısını 18 milyon 501 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, ötən ilin yanvar-iyun dövründə "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri 35 milyon 379 min manat, cəmi əməliyyat xərcləri 25 milyon 953 min manat, əməliyyat mənfəəti 9 milyon 426 min manat təşkil etmişdi.  Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 3 milyon 187 manat mənfəətə əlavə edilmiş və mənfəət 12 milyon 613 min manata yüksəlmişdi.  "Bank of Baku" 3 milyon 240 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 9 milyon 372 min manat xalis mənfəət ilə bağlamışdı. 
2021-ci ilin sonu ilə müqayisədə "Bank of Baku"nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 70 milyon 971 min manat və ya 17,1% artaraq 30 İyun 2022-ci il tarixində 484 milyon 833 min manata çatıb.
Xəbər yenilənir...

Banklar     Tarix: 20 iyul 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank