"Bank of Baku"nun xalis mənfəəti 30 faizə yaxın artıb
"Bank of Baku" ASC 2025-ci ilin1-ci yarısını (yanvar-iyun) 14 milyon 135 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin eyni dövrünü 11 milyon 9 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank of Baku"nun xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 3 milyon 126 min manat və ya 28,4% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Bank of Baku"nun faiz gəlirləri 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon 754 min manat və ya 14,7% artaraq 83 milyon 626 min manat, qeyri-faiz gəlirləri isə 623 min manat və ya 7,8% artaraq 8 milyon 645 min manat təşkil edib. 2025-ci ilin ilk rübündə "Bank of Baku"nun faiz gəlirlərinin 95%-i kreditlər üzrə faiz gəlirlərindən ibarət olub.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
CƏMİ AKTİVLƏRİ 1 MİLYARD MANATDAN ÇOXDUR
"Bank of Baku"nun cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk yarısında 110 milyon 678 min manat və ya 11,8% artaraq 30 iyun 2025-ci il tarixində 1 milyard 44 milyon 951 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 56 milyon 594 min manat və ya 7,4% artaraq 817 milyon 18 min manata yüksəlib.
"Bank of Baku"da cəmi depozitlər ilk 6 ayda 68 milyon 861 min manat və ya 11,6% artaraq 30 iyun 2025-ci il tarixində 661 milyon 375 min manat təşkil edib.
30 İyun 2025-ci il tarixində "Bank of Baku" ASC 150 milyon 554 min manat məcmu kapitala malik olub.



Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?