Bank Respublika ABA-nın 35 illik yubileyinə həsr olunmuş tədbirdə mükafatlar qazandı
®Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2024-cü ildə uğurla həyata keçirdiyi sosial yönümlü layihələrinə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 5 nominasiya üzrə mükafatlara layiq görülüb.
Mükafatlar ABA-nın 35 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi tədbir çərçivəsində təqdim olunub. Tədbirdə dövlət nümayəndələri və ölkənin aparıcı maliyyə qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Qeyd edək ki, hər il keçirilən müsabiqədə ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın müstəqil ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə zamanı layihələrin innovativliyi, cəmiyyətə təsiri, davamlılıq strategiyaları və nəticələr əsas meyarlar kimi nəzərə alınır.
2024-cü ildə Bank Respublika tərəfindən həyata keçirilən bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 5 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:
Korporativ sosial məsuliyyət;
Təhsil dəstəkçisi;
Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;
Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;
Dayanıqlı bankçılıq üzrə layihələr (ESG);
Bu uğurlar Bank Respublika-nın ölkənin bank sektorunda aktiv rolu, sosial məsuliyyətə verdiyi önəm və cəmiyyətə yönəlik strategiyalarının nəticəsidir. Bank gələcəkdə də innovativ və inklüziv təşəbbüslərlə fəaliyyətini davam etdirməyi hədəfləyir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
/ banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?