Bank Respublika cari ilin birinci yarımilliyi üzrə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin birinci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində sabir və dayanıqlı artım nümayiş etdirib.
Bu uğurlar müştəriyönümlü strategiyanın, rəqəmsal texnologiyalara yatırılan investisiyaların, risklərin effektiv idarə edilməsinin və şaxələndirilmiş biznes modelinin nəticəsidir.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:
Aktivlər 19,5% artaraq 2,66 milyard manata çatıb
Məcmu kapital 23,8% artaraq 240,04 milyon manata yüksəlib
Kredit portfeli 22,8% artaraq 1,53 milyard manata çatıb
Xalis faiz gəlirləri 15,1% artaraq 81,6 milyon manat təşkil edib
Xalis əməliyyat mənfəəti 14,06% artaraq 35,86 milyon manata çatıb
Xalis mənfəət 14,7% artaraq 27,9 milyon manat təşkil edib
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
I dərəcəli kapitalın adekvatlıq əmsalı — 9,35% (norma 6,5%)
Məcmu kapitalın adekvatlıq əmsalı — 14,09% (norma 12,5%)
Leverec əmsalı — 5,89% (norma 5%)
1992-ci ildə təsis olunan Bank Respublika, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144 / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?