"Bank Respublika" Finlandiya fondundan 15 milyon avro cəlb edib

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb.
Marja.az Baanka istinadən xəbər verir ki, Sazişin şərtlərinə əsasən, beynəlxalq maliyyə institutu Bank Respublika-ya Azərbaycan manatı (AZN) ekvivalentində 15 milyon avro məbləğində, 3 il müddətinə kredit ayıracaq və vəsaitlərin 30%-i qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək. Qeyd edək ki, bu saziş Finnfund-un tarixində milli valyutada təqdim edilən ilk sintetik kredit əməliyyatı olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlb olunan vəsait Bank Respublika-nın fəaliyyətinin prioritet istiqamətlərinin dəstəklənməsinə, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafına, yaşıl layihələrin maliyyələşdirilməsinə və qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Bu sazişin imzalanması Bank Respublika-nın beynəlxalq əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla yanaşı, xarici maliyyə institutlarının həm Azərbaycan bank sektoruna, həm də Bank Respublika-ya göstərdiyi yüksək etimadın təsdiqidir.
Finnfund-un Baş İnvestisiya Meneceri Ulla-Maija Rantapuska bildirib: "Bu investisiya iqlim dəyişiklikləri ilə mübarizə, gender bərabərliyi və maliyyə inklüzivliyi kimi üç mühüm istiqaməti bir araya gətirir. Regionda yaşıl kreditləşmə və KOB-ların maliyyələşdirilməsində aparıcı banklardan biri olan Bank Respublika-ya yerli valyutada maliyyə təqdim etməklə, maliyyə əlçatanlığını genişləndiririk. Bununla yanaşı, Azərbaycanın daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatının inkişafına töhfə veririk."
Bank Respublika-nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov bildirib: "Finnfund ilə əməkdaşlığın başlanmasını yüksək qiymətləndirir və bu sazişin imzalanmasını beynəlxalq maliyyə institutları ilə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndiririk. Finlandiyanın aparıcı inkişaf maliyyə institutlarından birinin göstərdiyi etimad Bank Respublika-nın dayanıqlılığının, biznes modelimizin effektivliyinin və məsuliyyətli maliyyələşdirmə prinsiplərinə sadiqliyimizin təsdiqidir. Cəlb olunan vəsait sahibkarların və Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən layihələrin dəstəklənməsi imkanlarımızı daha da genişləndirəcək."

Banklar     Tarix: 09 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq