"Bank Respublika" kapital strukturunu dəyişə və imtiyazlı səhmlər buraxa bilər

"Bank Respublika" ASC səhmdarların növbədənkənar ümumi yığıncağını keçirəcək.
Marja.az xəbər verir ki, yığıncaq 24 iyul 2026-cı il tarixində saat 10:00-da Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə əsasən, "Bank Respublika" ASC-nin inkişaf strategiyası və bununla əlaqədar kapital strukturu müzakirə ediləcək, müvafiq qərarın qəbul olunması nəzərdə tutulur.
Bundan başqa, səhmdarlar "Bank Respublika" ASC tərəfindən imtiyazlı səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılması məsələsinə baxacaqlar. Kapital artımı ilə əlaqədar bankın Nizamnaməsinə müvafiq dəyişikliklərin təsdiqlənməsi də gündəlikdə yer alıb.
İclasda həmçinin "Bakı Sığorta" ASC və "Respublika İnvest" MMC-nin fəaliyyətinə dair müzakirələrin aparılması və müvafiq qərarların qəbul edilməsi planlaşdırılır.
Gündəliyə daxil edilən digər məsələlər sırasında iclasın sədrinin və katibinin təyin edilməsi, iclas gündəliyinin təsdiqi, eləcə də "Bank Respublika" ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi də var.
Səhmdarlar yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə materiallarla 16 iyul 2026-cı ildən 22 iyul 2026-cı ilədək, şənbə və bazar günləri istisna olmaqla, saat 10:00-dan 12:00-dək bankın Baş Ofisində tanış ola bilərlər.
Qeyd edək ki, 16 İyun 2026-cı il tarixdə "Bank Respublika" ASC səhmdarların Növbəti Ümumi Yığıncağı keçiriləcəyi açıqlanmışdı. 
Həmin yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
- İclasın sədrinin və katibinin təyin edilməsi.
- İclasın gündəliyinin təsdiq edilməsi.
- 2025-cü il üçün kənar audit yoxlamasının nəticələri haqqında.
- "Bank Respublika" ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2025-cü il üzrə illik hesabatının təsdiq edilməsi haqqında.
- "Bank Respublika" ASC-nin nizamnamə kapitalının artırılması haqqında.
- "Bank Respublika" ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi haqqında.
- Bank Respublika ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi haqqında.
-  Bank Respublika ASC-nin Müşahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi haqqında.

Banklar     Tarix: 08 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq