"Bank Respublika" KOB kreditləri portfelini 623 mln. manata çatdırıb

"Bank Respublika"nın kiçik və orta biznes (KOB) kredit portfeli 2025-ci ilin sonuna 622.8 mln. manata çataraq illik müqayisədə 13.2% və ya 72.8 mln. manat artıb. 2024-cü ilin sonunda bu göstərici 550 mln. manat təşkil etmişdi.
Banker.az bunu bankın hesabatına istinadən xəbər verir.
Bankın konsolidasiya edilmiş maliyyə hesabatına əsasən, hesabat dövründə "Bank Respublika" tərəfindən KOB seqmentinə verilən yeni kreditlərin həcmi də artaraq 647.1 mln. manata yüksəlib. Bu, əvvəlki ildə qeydə alınmış 585 mln. manatla müqayisədə 10.6% çoxdur.
Bankın KOB kredit portfelinin keyfiyyəti yüksək olaraq qalıb. 2025-ci ilin sonunda portfelin 601.3 mln. manatı və ya 96.5%-i vaxtında ödənilən və risk səviyyəsi aşağı olan kreditlərdən ibarət olub. Bu göstərici 2024-cü ildə 95.8% idi. Eyni zamanda, ödənişlərində pisləşmə əlamətləri müşahidə olunan kreditlərin həcmi 17.7 mln. manatdan 13.5 mln. manata enib. Problemli kreditlərin məbləği 5.1 mln. manatdan 7.9 mln. manata yüksəlsə də, onların ümumi portfeldə payı cəmi 1.3% təşkil edib.
"Bank Respublika"nın KOB kreditləri üzrə gözlənilən kredit zərəri ehtiyatları 2025-ci ildə 5.4 mln. manat olub ki, bu da 2024-cü ildəki 7.7 mln. manatla müqayisədə 29.9% azalma deməkdir. Nəticədə KOB kreditlərinin xalis balans dəyəri bir il ərzində 542.3 mln. manatdan 617.4 mln. manata yüksəlib və 13.8% artım qeydə alınıb.
KOB kredit portfelinin təminat strukturunda daşınmaz əmlak əsas yer tutub. 2025-ci ilin sonuna daşınmaz əmlak girovu ilə təmin edilmiş kreditlərin həcmi 456.2 mln. manat olub. Bundan başqa, nəqliyyat vasitələri ilə təmin edilmiş kreditlər 46.9 mln. manat, nağd pul və depozitlərlə təmin olunmuş kreditlər 30.8 mln. manat, avadanlıq və mal-materiallarla təmin edilmiş kreditlər 21 mln. manat təşkil edib. Dövlət zəmanətli kreditlərin həcmi 7 mln. manat, qiymətli metallarla təmin edilmiş kreditlər isə 5.9 mln. manat olub. Təminatsız KOB kreditlərinin məbləği 49.5 mln. manat səviyyəsində qeydə alınıb.
Biznes krediti portfelində mühüm paya sahib olan mikrokreditlərin həcmi isə son bir ildə 586.15 milyon manatdan 536.02 milyon manata çatdırılıb.
Xatırladaq ki, "Bank Respublika" 2025-ci ildə KOB seqmentinin maliyyələşdirilməsini genişləndirmək məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirib. Bank fevral ayında "responsAbility Global Micro" and "SME Finance Fund" vasitəsilə ümumi məbləği 25.5 mln. manata çatan dörd ayrı tranş üzrə üçillik kredit müqavilələri imzalayıb. Bankın KOB biznesinin maliyyələşdirilməsində əsas beynəlxalq tərəfdaşlar sırasında FMO, EFSE, IFC, AYİB, ADB, EIB və INCOFIN yer alır.

Banklar     Tarix: 01 iyun 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri