"Bank Respublika" səhm buraxır – Kapital artımına gedir

Azərbaycanda beş sistem əhəmiyyətli bankdan biri sayılan "Bank Respublika" ASC-nin İdarə Heyəti səhmdarların növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. Banker.az-a daxil olan məlumata görə, bankın İdarə Heyəti sədrinin müavini Elnur Həsənov bununla bağlı səhmdarlara bildiriş göndərib.
Yığıncağın gündəliyinə iclasın sədrinin və katibinin təyin edilməsi, eləcə də gündəliyin təsdiqi daxildir. Tədbirdə "Bank Respublika" ASC-nin inkişaf strategiyası və kapital strukturuna dair müzakirələrin aparılması, həmçinin "Bakı Sığorta" ASC və "Respublika İnvest" MMC-nin fəaliyyəti ilə bağlı müvafiq qərarların qəbul edilməsi planlaşdırılır.
Bundan əlavə, bank tərəfindən imtiyazlı səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılması, bununla əlaqədar bankın Nizamnaməsinə müvafiq dəyişikliyin təsdiqi və Mükafatlandırma Siyasətinin təsdiq edilməsi məsələlərinə baxılacaq.
Bankın rəsmi bildirişinə əsasən, yığıncaq 24 iyul 2026-cı il tarixdə saat 10:00-da, Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisdə baş tutacaq.
Bildirilir ki, səhmdarlar yığıncaqda bilavasitə özləri və ya qanuni nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Qeydiyyat üçün şəxsiyyəti təsdiq edən sənədin, nümayəndələr üçün isə əlavə olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamənin təqdim edilməsi mütləqdir. Yığıncağın gündəliyinə çıxarılan məsələlərlə bağlı materiallarla 16-22 iyul 2026-cı il tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 12:00-dək bankın Baş Ofisində tanış olmaq mümkündür. Zərurət yarandıqda, materiallar səhmdarlara elektron poçt vasitəsilə də göndərilə bilər.
Məlumat üçün bildirək ki, hazırda "Bank Respublika" ASC-nin 73 961 090 manat olan nizamnamə kapitalının 11 fiziki və 4 hüquqi şəxs olmaqla ümumilikdə 15 səhmdara məxsusdur. Bankın nizamnamə kapitalında beş faiz və daha artıq həcmdə səsli səhmlərə malik olan əsas şəxslər bunlardır: Natiq Saday oğlu Quliyev 63.3%, Elçin Saday oğlu Quliyev 18.46%, Namiq Saday oğlu Quliyev 8.47% və Şakir Rəhimov Xəyyam oğlu 5.45%.
Bankın cari maliyyə vəziyyətinə gəlincə, 31 mart 2026-cı il tarixinə olan hesabat dövrünə əsasən, "Bank Respublika" ASC-nin ümumi kapitalı ötən ilin sonundakı 249.4 milyon manatdan artaraq 251.22 milyon manata çatıb. Bu dövrdə bankın səhmdar kapitalı dəyişməz qalaraq 73.96 milyon manat təşkil edib, bölüşdürülməmiş mənfəəti isə 146.73 milyon manatdan 148.67 milyon manata yüksəlib. Bankın ümumi ehtiyatları 28.58 milyon manat həcmindədir ki, bunun da 19.51 milyon manatını adi ehtiyatlar, 9.06 milyon manatını isə əsas vəsaitlərin qiymətləndirilməsindən yaranan ehtiyatlar təşkil edir.

Banklar     Tarix: 07 iyul 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq