"Bank Respublika" törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan etdi
Azərbaycanın maliyyə sektorunun liderlərindən biri olan "Bank Respublika" bank xidmətləri sahəsində mövqelərinin gücləndirilməsinə yönəlmiş yeni strategiyası çərçivəsində törəmə şirkəti olan "Bakı Sığorta" şirkətinin fəaliyyətini könüllü şəkildə dayandırdığını elan edib.
Bankdan Marja-ya verilən məlumata görə, bu qərar "Bank Respublika"ya innovativ bank məhsullarının hazırlanması və tətbiqinə, həmçinin müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına fokuslanmağa imkan verəcək.
"Bankın bütün göstəricilər üzrə əldə etdiyi yüksək nəticələri nəzərə alaraq və mövcud vəziyyəti hərtərəfli təhlil etdikdən sonra belə bir qərara gəldik ki, bank xidmətlərinə fokuslanmaq bizə dinamik inkişafı davam etdirmək və real sektorun maliyyələşdirilməsinə diqqət yetirmək üçün daha geniş imkanlar yaradacaqdır"- deyə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Qeyd edək ki, səhmdarların "Bakı Sığorta"nın fəaliyyətinin dayandırılması ilə bağlı qərarı artıq Azərbaycan Mərkəzi Bankına təqdim olunub.
"Bakı Sığorta" müştəriləri qarşısında bütün öhdəliklərini tam yerinə yetirməyə davam edəcək, zəruri dəstəyi və köməyi təmin edəcək. Bütün mövcud sığorta müqavilələri tam həcmdə icra olunacaq. / marja.az

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?