Bank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb

Bank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb®Ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Bank Respublika və respublikamızın qabaqcıl ali təhsil ocaqlarından biri olan Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.
Memorandum "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və BANM-in rektoru Elmar Qasımov tərəfindən imzalanıb. İmzalama mərasimində hər iki qurumdan nümayəndələr, eləcə də təhsil ocağının tələbələri iştirak ediblər.
Bu əməkdaşlıq hər iki tərəfə yeni imkanlar yaradacaq. Bank Respublika üçün bu, gənc, yaradıcı və potensiallı mütəxəssislərlə birbaşa əlaqə qurmaq, onların bilik və bacarıqlarını erkən mərhələdə dəyərləndirmək imkanıdır. Digər tərəfdən, Bakı Ali Neft Məktəbinin tələbələri real iş mühiti ilə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq, bank sahəsindəki yenilikləri birbaşa öyrənmək şansı əldə edəcəklər. 
Memorandum çərçivəsində tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkil olunması, Bank Respublika-nın mütəxəssisləri tərəfindən təlim və seminarların keçirilməsi, eləcə də gənc mütəxəssislərin peşəkar inkişafına dəstək göstərilməsi nəzərdə tutulur. 
Müəllim və tələbə heyəti qarşısında çıxış edən Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: "Biz təhsilin inkişafını və gənclərin dəstəklənməsini strateji prioritetlərimizdən biri hesab edirik. Bakı Ali Neft Məktəbi, təhsil sahəsində yenilikçi yanaşmaları, elmi tədqiqatlara verdiyi dəstək ilə tanınır. Bu məktəb, gənc ixtisas sahiblərinin beynəlxalq standartlara uyğun şəkildə hazırlanmasında, onlara analitik düşüncə bacarıqları, liderlik qabiliyyətləri aşılamaqda əvəzsiz rol oynayır. Biz bu əməkdaşlığı sadəcə bir memorandum kimi yox, uzunmüddətli və perspektivli bir tərəfdaşlıq kimi qiymətləndiririk. Biz inanırıq ki, bu cür təşəbbüslər gənclərin peşəkar bacarıqlarının inkişafına dəyərli töhfə verəcək və onların gələcəyin uğurlu liderləri kimi formalaşmasına şərait yaradacaqdır."
BANM-in rektoru Elmar Qasımov da öz növbəsində bildirib: "Bank Respublika kimi aparıcı və nüfuzlu maliyyə qurumu ilə əməkdaşlıq tələbələrimiz üçün unikal imkanlar yaradacaq. Bankın sosial məsuliyyət layihələrinə verdiyi önəm, xüsusilə təhsilin dəstəklənməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Biz inanırıq ki, bu əməkdaşlıq tələbələrimizə yalnız nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək deyil, həm də Bank Respublika kimi dinamik və peşəkar mühitdə çalışaraq gələcək karyeralarına güclü bir əsas yaradacaq. Bu, həm də tələbələrimizə real iş proseslərini yaxından müşahidə etmək və özlərini inkişaf etdirmək üçün geniş imkanlar açacaq."
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıbBank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıbBank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıbBank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıbBank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb/ banker.az

Banklar     Tarix: 06 fevral 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri