Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib

Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib®Ölkəmizin aparcı banklarından biri olan Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu (SİF) 22 iyul – Milli Mətbuat Günü ərəfəsində ölkənin aparıcı media nümayəndələri üçün ənənəvi press-tur təşkil edib.
2 gün davam edən press-tur çərçivəsində mətbuat nümayəndələri SİF və Bank Respublika dəstəyi ilə Lənkəranda sahibkarlıq fəaliyyəti göstərən müəssisə və təsərrüfatlarla tanış olublar.
Media nümayəndələri ilk öncə Lənkəranda qənnadı məhsullarının istehsalı ilə məşğul olan "La Ran"  müəssisəsinin fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, müəssisədə istehsal edilən 5 növdə və 56 çeşiddə qənnadı məhsulları daxili bazarla yanaşı, "Made in Azerbaijan" brendi altında bir çox xarici ölkəyə ixrac olunur.
Daha sonra media nümayəndələri "Lenk Fruit" MMC-nin Lənkəran rayonunun Separadi kəndində salınmış sitrus bağlarında olublar. Görüşdə bildirilib ki, təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Avropa bazarlarına da ixrac edilir. 
Səfər çərçivəsində "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov media nümayəndələri ilə görüşüb. Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edən Bankın sədri, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb. Görüşdə həmçinin, Bank Respublika-ın son illərdə əldə etdiyi uğurlu nəticələr haqda ətraflı məlumat verilib, SİF ilə uğurlu əməkdaşlıq sayəsində ölkəmizdəki sahibkarlara verilən dəstəkdən söz açılıb. Səmimi şəraitdə keçən görüşdə Bankın sədri media nümayəndələrinin suallarını cavablandırıb və belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edibBank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib/ banker.az

Banklar     Tarix: 22 iyul 2024

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq dollar mezenne dollarin kursu bu gun