Bank Respublika və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandı

Bank Respublika və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandı®Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan Bank Respublika, beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən UFC döyüşçüsü Rafael Fiziev ilə rəsmi sponsorluk əməkdaşlığı müqaviləsi imzalayıb.
Bu əməkdaşlıq yalnız bir sponsorluq deyil, bu – ortaq dəyərlərin birliyidir. Güc, dayanıqlılıq, sürət, inam və qələbə ruhu – Bank Respublika və Rafael Fizievi birləşdirən əsas xüsusiyyətlərdir.
Əməkdaşlıq sazişi Bakıdakı Four Seasons Hotel-də keçirilən möhtəşəm təqdimat tədbiri çərçivəsində rəsmiləşib. Tədbirdə "Bank Respublika"nın təsisçiləri, tərəfdaşları, müştərilər, media nümayəndələri, həmçinin, Azərbaycana beynəlxalq arenada qələbələr qazandırmış tanınmış idmançılar — Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov və Xəyal Canıyev də yer aldı.
"Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov tədbirdə çıxış edərək bildirib ki: Bank Respublika olaraq biz hər zaman Azərbaycan gəncliyinin, idmanın və uğur hekayələrinin yanında olmuşuq. İdman xalqımızı güclü edir. Biz isə Bank Respublika olaraq hər zaman xalqı öz nümunəsi ilə ruhlandıranların yanında olacağıq. İnanırıq ki, Rafael Fiziev parlaq qələbələr qazanaraq UFC kəmərini Azərbaycana gətirəcək.
Tədbirdə çıxış edən Rafael Fiziev bildirib ki,  "Bank Respublika"nın yanaşması, dəyərləri və idmana verdiyi töhfə onun bu seçimi etməsində əsas rol oynayıb. "Mən rinqdə hər zaman qələbə üçün çıxıram. İndi arxamda güclü bir tərəfdaş var – Bank Respublika. Bu birliklə qarşıda daha böyük hədəflər var.
Əməkdaşlıq çərçivəsində Rafael Fiziev bankın reklam kampaniyalarında, sosial layihələrində və ictimai təşəbbüslərində iştirak edəcək.
Bank Respublika bu gün Azərbaycanda idmanın inkişafına önəmli töhfələr verən aparıcı qurumlardan biridir. Bank həmçinin Sabah futbol və basketbol klublarının, futbol üzrə milli komandanın, həmçinin ONE FC döyüşçüsü Akif Quluzadənin də rəsmi tərəfdaşıdır.
Qeyd edək ki, Bank Respublika ilə tərəfdaşlıq çərçivəsində Rafael Fiziev işğaldan azad olunmuş torpaqlarımıza da səfər etmişdir. Səfər çərçivəsində Hadrut, Füzuli, Şuşa və Xankəndində olan UFC ulduzu  bununla bağlı sosial şəbəkə səhifəsində "Qarabağ – Azərbaycandır!" paylaşımı etmiş və azarkeşlərinin böyük rəğbətini qazanmışdır.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr:   Facebook |  Instagram |  LinkedIn      |  Telegram
Çağrı Mərkəzi: 144
Bank Respublika və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandıBank Respublika və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandıBank Respublika və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandıBank Respublika və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandıBank Respublika və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandıBank Respublika və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandı/ banker.az

Banklar     Tarix: 16 iyul 2025

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq