"Bank Respublika"Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika Niderland İnkişaf Bankı (FMO) ilə irihəcmli kredit sazişi imzalayıb.
Marja.az Banka istinadən xəbər verir ki, razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Banka 4 il müddətinə 65 milyon ABŞ dollarına ekvivalent məbləğdə Azərbaycan manatı (AZN) ilə kredit vəsaiti təqdim edəcək.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Cəlb olunan vəsaitlər ölkədə kənd təsərrüfatı sektorunun, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, o cümlədən gənc və qadın sahibkarların fəaliyyətinin dəstəklənməsinə, eləcə də yaşıl layihələrin inkişafına yönəldiləcək.
Qeyd edək ki, bu razılaşma Azərbaycan özəl bankları arasında indiyədək imzalanmış ən iri kredit sazişi olub. Bu isə beynəlxalq maliyyə institutlarının Bank Respublika-ya və ümumilikdə Azərbaycanın iqtisadiyyatına göstərdiyi yüksək etimadı nümayiş etdirir.
"Bu saziş beynəlxalq maliyyə institutlarının "Bank Respublika"nın etibarlılığına, eyni zamanda Azərbaycanın bank sisteminin dayanıqlılığına inamının növbəti parlaq göstəricisidir. Biz FMO-dakı tərəfdaşlarımıza 20 illik uğurlu əməkdaşlığa və bank üçün prioritet istiqamətlərin - yaşıl layihələrin, mikro, kiçik və orta sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sektoru, eləcə də gənc və qadın sahibkarların maliyyələşdirilməsinə verdikləri davamlı dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, FMO kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun daha səmərəli dəstəklənməsi üçün yeni imkanlar açacaq və bununla da ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verəcək." - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib
FMO-nun baş icraçı direktoru Michael Jongeneel qeyd edib: "FMO olaraq biz hesab edirik ki, yerli valyutada sabit və uzunmüddətli maliyyə resurslarına çıxış möhkəm maliyyə sistemlərinin qurulması və inklüziv inkişafın dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır. Bank Respublika ilə imzalanan bu saziş bankın mikro sahibkarlara, gənclərə və qadınlar tərəfindən idarə olunan kiçik və orta bizneslərə dəstəyini genişləndirməyə, eyni zamanda yaşıl investisiyaları təşviq etməyə imkan verəcək. Kreditlərin manatla verilməsi müştərilər üçün valyuta riskini azaldaraq maliyyələşmənin həm əlçatan, həm də dayanıqlı olmasını təmin edir. Biz Bank Respublika ilə uzun illərə əsaslanan əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdən qürur duyur, eyni zamanda birgə nailiyyətlərimizin müsbət nəticələrini səbirsizliklə gözləyirik."

Banklar     Tarix: 10 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu