"Bank Respublika"nın nizamnamə kapitalı 240 milyon manatı keçəcək

"Bank Respublika" ASC nizamnamə kapitalını daha 39 546 542 manat və yaxud 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırmağı planlaşdırır.
Banker.az xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 30 188 200 ədəd səhminin nominal dəyərinin 6,65 manatdan 7,96 manata çatdırılması hesabına baş tutacaq.
Bundan başqa, "Bank Respublika" 80 milyon manatlıq imtiyazlı səhm buraxmağı planlaşdırır. Hər birinin nominal dəyəri 1 manat olan 80 milyon ədəd yeni səhm qapalı üsulla yerləşdiriləcək. Qiymətli kağızları bir qədər əvvəl anonsu verilmiş konsolidasiya prosesi çərçivəsində "Access Bank" QSC-nin mövcud səhmdarlarının alacağı gözlənilir.
"Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Banklar     Tarix: 02 oktyabr 2026

Oxşar xəbərlər

Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasın

ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

16 oktyabr 2026-cı ildə Bakıda Beynəlxalq Risk Forumu keçiriləcək. Forumun təşkilatçısı ABB-dir. Mastercard şirkəti də tədbirə tərəfdaşlıq dəstəyi göstərir. Forum maliyyə sektorunun rəhbər menecerlərini, tənzimləyici qurumları

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbayca

"Visa" Çinin daxili ödəniş bazarına giriş üçün ilkin icazə alıb

ABŞ ödəniş texnologiyaları şirkəti "Visa" Çin Xalq Bankından ölkədə bank kartları üzrə klirinq qurumu yaratmaq üçün hazırlıqlara başlamaq icazəsi alıb. Şirkətin oktyabrın 13-də açıqladığı qərar dünyanın ən böyü

"Bank Avrasiya"nın xalis mənfəəti 30% azalıb– Maliyyə göstəriciləri açıqlandı

 "Bank Avrasiya" ASC-nin xalis mənfəəti 2026-cı ilin 9 ayı ərzində (yanvar-sentyabr) ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azalaraq 4 milyon manata yaxın olub. Bankın aktivləri və depozit portfeli artsa da

"Expressbank"ın xalis mənfəəti 65%, depozit portfeli isə 19,5% artıb

"Expressbank" ASC 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb. "Expressbank"ın yaydığı press-relizdə bildirilir ki, Hesabat dövründə Bankın xalis mənfəəti 65,09% artaraq 9,9 milyon manata

"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 5,43 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 5,3% çoxdur. banka istinadən xəbər verir ki, xərclərin gəlirlərdən dah

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Qarşıdan gələn qış fəslinin əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur. Hər il ölkədə xurma bağlarından 22


iqtisadi xeberler biznes krediti valyuta mezennesi rubl mezenne dollar kursu