Bank sektoru üzrə yeni göstəricilər açıqlandı

Bank sektoru üzrə yeni göstəricilər açıqlandı2024-cü ilin ilk 4 ayının yekununda fəaliyyətdə olan bankların cəmi aktivləri 49,221.6 mln. manat, cəmi öhdəlikləri 42,897.7 mln. manat, balans kapitalı 6,323.9 mln. manat olmuşdur. Aprel ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.6%, 0,7% və 0.4% artmışdır.
Bank sektoru üzrə yeni göstəricilər açıqlandıBu barədə Marja.az Mərkəzi Bankın aylıq Statistik bülleteninə istinadən xəbər verir.
Qeyd edilib ki, Aprel ayında bankların kredit portfeli 2.2% və ya 541.8 mln. manat artaraq 24,644.5 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.7% (13,476.4 mln. manat); ıı) istehlak kreditləri – 29.7% (7,327 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (3,841.1 mln. manat). Aprel ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 274.8 mln. manat (+2.1%), 185 mln. manat (+2.6%) və 82 mln. manat (+2.2%) artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.8% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.4%-i və ya 35,361.1 mln. manat. Depozit portfelinin 62.6%-i (22,150.8 mln. manat) hüquqi şəxslərin, 37.4%-i (13,210.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 56.1%-i (7,414.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (8,617.7 mln. manat) milli valyutada, 34.8%-i (4,592.6 mln. manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 17,262.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması aprel ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 3 faiz bəndi azalaraq 34.3% təşkil etmişdir.
2024-cü ilin yanvar – aprel ayında banklar tərəfindən 407.5 mln. manat xalis mənfəət, 585 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 89.9 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
30 aprel 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 480, şöbələrinin sayı 103, ATM-lərin sayı 3,102 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 74 nəfər artaraq 24,110 nəfər təşkil etmişdir.
Monetar sektor
Cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 13.5% artaraq 34,268.3 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 180.6 mln. manat azalaraq 2,417.6 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.2% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 22.9%, kredit kartları üzrə 17.5% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2024-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,147 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5,149 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62%- ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2%, POS-terminalların sayı 17.4% artmışdır.

Banklar     Tarix: 22 may 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq