"Bank VTB Azərbaycan" əmanət faizlərini yenidən artırıb
"Bank VTB Azərbaycan" ASC əmanət (depozit) faiz dərəcələrini 0,5 faiz bəndi də artırıb.
Marja.az xəbər verir ki, artımdan sonra bankın maksimum əmanət faizi 11,5%-ə çatıb.
"Əmanət faiz dərəcələrimiz yenidən artırıldı! Artıq "Sərfəli" depozitində 11.5%-dək gəlir qazanmaq mümkündür. Maksimum faiz dərəcəsi 11.5 %, minimal məbləğ 100 AZN-dir", - Bankın məlumatında deyilir.
Artımdan əvvəl Bankda maksimum faiz dərəcəsi 11% idi.
Qeyd edək ki, "Sərfəli" depozitində 11,5% dərəcəsi 36 ay müddətinə, faizlərin müddətin sonunda alınması şərtilə seçilən əmanətə şamil edilir. 1 illik (12 ay) müddət üzrə əmanət faizi 10,5% (faizlər aylıq ödənilir) və 11%-dir (faizlər müddətin sonunda ödənilir).
Qeyd edək ki, VTB (Azərbaycan) manatla depozitlərin faiz dərəcələrini Avqust ayında da artırmışdı.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri