"Bankçılıq Mükafatları- 2022"nin qalibləri məlum oldu - SİYAHI

28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir.
ABA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Bankçılıq Mükafatları - 2022" adlı tədbiri də baş tutub.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib.
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2022-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.
Belə ki, 2022-ci il üçün "Korporativ sosial məsuliyyət" nominasiyası üzrə "ABB" ASC, "AFB Bank" ASC, "Azər Türk Bank" ASC, "Bank of Baku" ASC, "Bank Respublika" ASC,  "Bank VTB (Azərbaycan)" ASC, "Expressbank" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "TuranBank" ASC, "Unibank KB" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC, "Yelo Bank" ASC, "Ziraat Bank Azərbaycan" ASC mükafatlandırılıb.
"Ən fəal maliyyə savadlılığı dəstəkçisi" nominasiyası üzrə "ABB" ASC, "Accessbank" QSC, "Bank VTB (Azərbaycan)" ASC, "Expressbank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "TuranBank" ASC mükafata layiq görülüb.
"Ən fəal təhsil dəstəkçisi" nominasiyası üzrə isə "ABB" ASC, "Azər Türk Bank" ASC, "Bank of Baku" ASC, "Bank Respublika" ASC, "Bank VTB (Azərbaycan)" ASC, "Expressbank" ASC, "Kapital Bank" ASC, "Rabitəbank" ASC, "Unibank" KB ASC, "Yelo Bank" ASC, "Ziraat Bank Azərbaycan" ASC təltif edilib.
"Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü" nominasiyası üzrə "ABB" ASC təltif edilib.
"Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü" nominasiyası üzrə "ABB" ASC, "Expressbank" ASC, "Xalq Bank" ASC, "PAŞA Bank" ASC, "Unibank KB" ASC, "Yelo Bank" ASC mükafatlandırılıb.
"Elektron bankçılıq üzrə layihələr" nominasiyası üzrə "ABB" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "TuranBank" ASC, "Unibank KB" ASC, "Yelo Bank" ASC, "Azərbaycan Kredit Bürosu" MMC mükafatlandırılıb.
"Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri" nominasiyası üzrə "Bank of Baku" ASC, "Bank Respublika" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Yelo Bank" ASC mükafatlandırılıb.
"Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi" nominasiyası üzrə "Bank of Baku" ASC-nin Ödəniş sistemləri Departamentinin direktor müavini Tamerlan Rüstəmov və "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov mükafatlandırılıb.
ABA-nın "Ən fəal ekspert qrupu" seçilib
28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Bankçılıq Mükafatları - 2022" adlı tədbiri də baş tutmuşdur.
"Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə" Ekspert Qrupu "Ən fəal ekspert qrupu" nominasiyası üzrə I yerə layiq görülmüşdür. 
2022-ci il üçün "Ən fəal ekspert qrupu" nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:
"Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə" Ekspert Qrupu-I yer
"Hüquqi məsələlər üzrə" Ekspert Qrupu-II yer
"Kredit işi üzrə" Ekspert Qrupu-III yer 
Həmçinin "Fəal ekspert qrupu" nominasiyasına "Risklərin idarə edilməsi üzrə" və "Mühasibat uçotu, vergi və hesabatlılıq üzrə" Ekspert Qrupları layiq görülmüşdür. / marja.az

Banklar     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler dollar məzənnəsi kicik biznes biznes xeberleri bitkoin almaq