Banklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilib

Banklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilib21 fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir.
Bu barədə ABA məlumat yayın.
Qeyd edilib ki, yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2025-ci il üzrə iş planının, cari ildə ABA-nın yaranmasının 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının, eləcə də ABA-nın Rəyasət Heyətinin və Audit Komitəsinin tərkibinin və rəhbər heyətinin təsdiqi daxil edilmişdi.
İclasda yuxarıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar alınmışdır.
Eyni zamanda, ABA-nın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:
 "Rabitəbank" ASC-nin müşahidə Şurasının sədri Zakir Nuriyev - ABA-nın prezidenti;
"ABB" ASC-nin İdarə Heyəti sədri Abbas İbrahimov - ABA-nın vitse-prezidenti;
"Paşa Bank" ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev;
"Kapital Bank" ASC-nin İdarə Heyəti sədri Fərid Hüseynov;
"XalqBank" ASC-nin İdarə Heyətinin sədri Kamran Məcidov;
"Bank Respublika" ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimov;
"Bank of Baku" ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev;
"UniBank" ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov;
"YapıKrediBank Azərbaycan" ASC-nin İdarə Heyəti sədri Cenk Yüksel;
"Ziraatbank" ASC-nin İdarə Heyətinin sədri Dr. Səlcuq Dəmir;
"AqrarKredit" BOKT-un İdarə Heyəti sədri Məmməd Musayev;
Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.  Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.
Banklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilibBanklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilibBanklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilibBanklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilibBanklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilibBanklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilib/ marja.az

Banklar     Tarix: 25 fevral 2025

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin