Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Azərbaycanda ticarət və xidmət sektoruna verilmiş kreditlərin həcmi artmaqda davam edir.
Marja.az Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten – 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən ticarət və xidmət sektoruna verilmiş kreditlərin ümumi həcmi 4 milyard 618,4 milyon manat təşkil edib.
İyulun sonunda bu göstərici 4 milyard 489,8 milyon manat idi. Beləliklə, bir ayda kredit portfeli 128,6 milyon manat və ya 2,9% artıb.
2025-ci ilin sonunda sektor üzrə kreditlər 4 milyard 413,3 milyon manat təşkil etmişdi. Bununla müqayisədə 2026-cı ilin ilk 8 ayında artım 205,1 milyon manat və ya 4,6% olub.
2025-ci ilin avqustunda isə ticarət və xidmət sektorunun kredit portfeli 4 milyard 194,7 milyon manat idi. İllik müqayisədə artım 423,7 milyon manat və ya 10,1% təşkil edib.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?