"Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası" təsdiq edilib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli 06/6 nömrəli Qərarı ilə "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nın yeni redaksiyası təsdiq edilmiş və 13 mart 2024-cü il tarixindən qüvvəyə minəcəkdir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, qaydanın qəbulu ilə 2001-ci ildən qüvvədə olan "Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları" ləğv edilmişdir. Yenilənmiş Qaydada beynəlxalq standartların son tələbləri, aktivlərin riskinə proporsional təminatlılıq tələbləri, bankda çevik qərarvermə prosesləri, habelə əvvəlki qaydadakı tələblərin daha da təkmil formada əksi ehtiva olunmuşdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yeni Qaydada aidiyyəti şəxs anlayışı dəqiqləşdirilmiş, anlayışda nəzərə alınan dolayı yolla iştirakın həddi, habelə aidiyyəti şəxslərlə güzəştli əməliyyatların qadağan edilməsi tələbində güzəştin hesablama metodologiyası müəyyən edilmişdir.
Qaydada aidiyyəti şəxs kreditləri həcminə görə əhəmiyyətli və qismən əhəmiyyətli aidiyyəti şəxs krediti kateqoriyalar üzrə təsnifləşdirilərək bu kreditlərə diferensial təminatlılıq tələbləri müəyyən edilmiş, habelə banklarda aidiyyəti şəxslərlə əməliyyatlar üzrə qərarvermə prosesinə dair tələbləri müəyyən edilmişdir.
Bundan əlavə, bankların fəaliyyətinə nəzarət prosesi zamanı aidiyyəti şəxslərlə əməliyyatlarında aşkar edilmiş normativ pozuntularının aradan qaldırılması üzrə müddətlər, eyni zamanda aidiyyəti şəxslərlə aparılmış əməliyyatlara dair Mərkəzi Banka təkmil hesabatlıq tələbləri müəyyən edilmişdir.
"Bütövlükdə, yenilənmiş Qayda aidiyyəti şəxslərlə daha təhlükəsiz və sağlam bank əməliyyatlarının həyata keçirilməsini təmin edəcək, habelə bu əməliyyatlar üzrə şəffaflığın artırılmasına xidmət edəcəkdir", - Mərkəzi Bank bildirib.
Yeni tələblər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar: / marja.az

Banklar     Tarix: 15 fevral 2024

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi