"Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nın yeni redaksiyası təsdiq edilib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nın yeni redaksiyası təsdiq edilib.
Bu barədə AMB-nin məlumatında bildirilir. Məlumata görə, Qaydanın qəbulu ilə 2001-ci ildən qüvvədə olan "Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları" ləğv edilib. Yenilənmiş Qaydada beynəlxalq standartların son tələbləri, aktivlərin riskinə proporsional təminatlılıq tələbləri, bankda çevik qərarvermə prosesləri, habelə əvvəlki qaydadakı tələblərin daha da təkmil formada əksi ehtiva olunub.
Yeni Qaydada aidiyyəti şəxs anlayışı dəqiqləşdirilib, anlayışda nəzərə alınan dolayı yolla iştirakın həddi, habelə aidiyyəti şəxslərlə güzəştli əməliyyatların qadağan edilməsi tələbində güzəştin hesablama metodologiyası müəyyən edilib.
Qaydada aidiyyəti şəxs kreditləri həcminə görə əhəmiyyətli və qismən əhəmiyyətli aidiyyəti şəxs krediti kateqoriyalar üzrə təsnifləşdirilərək bu kreditlərə diferensial təminatlılıq tələbləri müəyyən edilib, habelə banklarda aidiyyəti şəxslərlə əməliyyatlar üzrə qərarvermə prosesinə dair tələbləri müəyyən edilib.
Bundan əlavə, bankların fəaliyyətinə nəzarət prosesi zamanı aidiyyəti şəxslərlə əməliyyatlarında aşkar edilmiş normativ pozuntularının aradan qaldırılması üzrə müddətlər, eyni zamanda aidiyyəti şəxslərlə aparılmış əməliyyatlara dair Mərkəzi Banka təkmil hesabatlıq tələbləri müəyyən edilib.
Bütövlükdə, yenilənmiş Qayda aidiyyəti şəxslərlə daha təhlükəsiz və sağlam bank əməliyyatlarının həyata keçirilməsini təmin edəcək, habelə bu əməliyyatlar üzrə şəffaflığın artırılmasına xidmət edəcək.
Qeyd edək ki, yeni Qayda 13 mart 2024-cü il tarixindən qüvvəyə minəcək. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Kriptovalyuta nədir?