Banklararası dollar alışı niyə yüksəlib?

Banklararası dollar alışı niyə yüksəlib?İqtisadçı-ekspert Pərviz Heydərov yazır…
Mərkəzi Bankın (AMB) faiz dəhlizinin parametrləri haqda sonuncu qərarının açıqlanmasına dair məlumatında bildirilir ki, ölkədə 2018-ci ildən bəri ilk dəfə olaraq bu ilin 5 ayı ərzində banklar tərəfindən nağd ABŞ dollarının alışı onun satışını üstələyib. Belə ki, qeyd olunan dövr ərzində mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrünə nisbətən 45% çox təşkil edib.
Yəni, xarici valyutaya tələb əslində daralmaqda davam edib. Bu isə müəyyən suallarla yanaşı, manatın məzənnəsi ilə bağlı da müəmmalar yaradır.
KONKRET.az xəbər verir ki, sual yaradan əsas ilk cəhət odur ki, 2018-ci ildən bəri ilk dəfə olaraq bu il banklar tərəfindən xarici valyuta alışının satışı üstələməsi nəylə əlaqədardır? Bu, müsbət iqtisadi proseslərlə – inkişaf dinamikası ilə bağlıdır, yoxsa hər hansı təhlükənin gözlənilməsi və yaxud ajiotajla?
Bu tendensiya inkişaf edə bilərmi? Ölkədə xarici valyutaya ümumən, tələbin daralması valyuta bazarında mövcud tarazlığa təhlükə yaradırmı?
Əvvəla bir daha xatırladıram ki, söhbət, banklar tərəfindən alınan valyutadan gedir – başqa sözlə, banklararası valyuta bazarından… Bu sahədə müvafiq mexanizmin təşkili həqiqətən böyük əhəmiyyət kəsb edib.
Yeri gəlmişkən, əhali tərəfindən xarici valyutaya tələbin artdığı isə qeydə alınmayıb və alınmır da. Qeyd oluna bilər ki, banklarda nəsə bir siqnal var, yoxsa necə? Xeyr, heç də belə deyil.
AMB tərəfindən keçirilən valyuta hərraclarından da ölkədə xarici valyutaya əvvəlki kimi heç bir kütləvi tələbat olmadığı aşkar görünür. Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98 faizində tələb təklifdən az olub.
Ümumiyyətlə, bu ay ərzində hələ ki cəmi 78,9 milyon ABŞ dolları satılıb ki, mayda bu rəqəm 277,3 milyon, apreldə isə 286 milyon ABŞ dolları təşkil edib. İlin birinci rübünə gəldikdə isə, yanvarda 188,5 milyon ABŞ dolları, fevralda 356,6 milyon ABŞ dolları, martdasa 383,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Banklararası mütəşəkkil valyuta bazarı AMB tərəfindən ölkəmizdə ilk dəfə bu il yanvarın 9-dan yaradılıb. Bu isə o demək idi ki, banklar da artıq, biri-birlərinə valyuta sata və ala bilərlər. Əvvəl bu, banklar tərəfindən nağdlaşdırılıb ya əhaliyə, ya da AMB-ə satılaraq həyata keçirilirdi ki, yeni yaradılan platformadan sonra isə, valyuta kəsiri olan hər hansı bank öz kəsirini bağlamaq, profisiti olan banksa onu satmaq imkanı əldə etmiş oldu.
Bu, çox müsbət cəhət və mexanizm sayılır. Əslində, yaradılması çoxdan vacib hesab olunurdu. Xatırladım ki, ilin əvvəlində AMB-nin keçirdiyi hərracların bəzilərində banklar tərəfindən ümumiyyətlə, tələb qeydə alınmadı. Sonrakı tələblərin həcmləri isə yuxarıda sadaladığım kimi təşkil edib.
Bu faktın özünün də bilavasitə banklararası mütəşəkkil valyuta bazarının işə düşməsindən sonra ortaya çıxdığı nəzərdən qaçırılmalı deyil. Belə ki, ölkənin tədiyyə balansı nə qədər profisit təşkil etsə də, neftdən gələn dollarlar nə qədər çox təşkil etsə də, sözügedən hərraclarda xarici valyuta satışı əslində həmişə baş tutub və heç vaxt hərrac satışsız həyata keçirilməyib.
Ancaq, ilin əvvəlində isə ilk dəfə olaraq qeyd etdiyim kimi, bir-iki hərracda satış ümumiyyətlə, baş tutmadı. Çünki buna ehtiyac qalmamışdı.
Sözügedən məsələninsə ölkədə gedən iqtisadi proseslərlə – inkişaf dinamikası ilə heç bir əlaqəsi yoxdur desəm, yanılmaram. Çünki, bu və ya digər bankın xarici valyuta ilə bağlı kəsiri və yaxud profisi varsa, bunun real sektorla birbaşa əlaqəsindən heç bir söhbət gedə bilməz. O səbəbdən ki, bizdə banklar iqtisadiyyatla işləmirlər. Odur ki, hər hansı təhlükə gözləntisi və yaxud ajiotaj haqda da söhbət açmağın yeri yoxdur.
Tendensiyanın inkişafına gəldikdə isə, mütəşəkkil banklararası valyuta bazarının həcmi arta da və azala da bilər. Bu asılıdır, ölkədə əhalinin xarici valyutaya tələbatının artıb, artmayacağına. Ümumən, valyuta bazarındakı mövcud tarazlığın aqibəti də məhz buna bağlı məsələdir.
Belə ki, xarici valyutaya ümumi tələbin azalması prosesi davam edərsə, banklar tərəfindən dolların alışı tendensiyası müəyyən balans yarandıqdan sonra dayanacaq. Əksinə, əgər xarici valyutaya kütləvi tələb artmağa doğru istiqamət götürərsə banklar arasındakı valyuta bazarının həcmi də genişlənməkdə və yeni sürət almaqda davam edəcək.
Bu arada manatın məzənnəsi barədə, AMB-nin sədri Taleh Kazımovun sözlərincə ifadə etsəm, ölkədə inflyasiyanın 80%-nin təklifdən, idxal inflyasiyasından qaynaqlandığı bəllidir. Hələ yaxşı ki, manatın nominal effektiv məzənnəsi buna azaldıcı təsir göstərir. Yoxsa, idxalın neqativ təsirləri, inflyasiya yüksəlmişdi.
Söhbət, ölkəmizdə həyata keçirilən sabit məzənnə rejimindən – manatın dəyərinin inzibati yolla saxlanmasından gedir. Bunun nəticəsidir ki, manatın nominal effektiv məzənnəsi ötən il ərzində məhz 8,4%, cari ilin ötən 5 ayında isə 5,1% möhkəmlənib.
Odur ki, hər şey neftin qiymətindən asılıdır. Əgər neftin qiyməti düşərsə, idxal inflyasiyası başımıza daha böyük bəlalar aça bilər.
Bu isə gözlənilmir…

Xəbərlər     Tarix: 25 iyun 2023

Oxşar xəbərlər

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

ABŞ-da işsizlik sığortası müraciətləri azalıb

ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Külək enerjisinin istehsalı artıb

Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisidir. Dövlət Statistika Komitəsinə istinadə


iqtisadi xeberler bitkoin qiymeti bitcoin qiymeti birbank 1000 manatla biznes