Bankların aktivləri 60 mlrd. manatın astanasında – Beş aya 557 mln. manat xalis mənfəət
2026-cı ilin may ayının sonuna Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 59.18 mlrd. manata yüksəlib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir. May ərzində bank sektorunun aktivləri 3.2%, öhdəlikləri isə 3.9% artıb.
Mayın 31-nə bank sektorunun cəmi öhdəlikləri 51.61 mlrd. manat, balans kapitalı isə 7.57 mlrd. manat təşkil edib. Hesabat dövründə bankların balans kapitalı 1.2% azalıb.
Yanvar-may aylarında banklar 557.1 mln. manat xalis mənfəət əldə edib. Bu 2025-ci ilin eyni dövründə 430.7 mln. manat idi. Eyni dövrdə sektorun əməliyyat mənfəəti 837.5 mln. manat, ödənilmiş mənfəət vergisi isə 134.7 mln. manat təşkil edib.
Bank sektorunun kredit portfeli ay ərzində 276.6 mln. manat və ya 0.9% artaraq 30.89 mlrd. manata çatıb. Kreditlərin 16.40 mlrd. manatı biznes, 9.78 mlrd. manatı istehlak, 4.71 mlrd. manatı isə ipoteka kreditlərinin payına düşüb.
Bankların öhdəliklərində əsas payı depozitlər təşkil edib. Mayın sonuna depozit portfeli 38.55 mlrd. manata çataraq ümumi öhdəliklərin 74.7%-ni formalaşdırıb. Bunun 21.12 mlrd. manatı hüquqi şəxslərin, 17.43 mlrd. manatı isə fiziki şəxslərin depozitləri olub.
Fiziki şəxslərin əmanətlərinin 12.26 mlrd. manatı və ya 70.4%-i milli valyutada saxlanılıb. Müddətli əmanətlər fiziki şəxslərin ümumi əmanətlərinin 64.4%-ni təşkil edib. May ayında müddətli əmanətlər 235.3 mln. manat və ya 2.1% artsa da, tələbli əmanətlər 81.3 mln. manat və ya 1.3% azalıb.
May ayında bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı əvvəlki ayla müqayisədə 3.1% və ya 6,492 nəfər artıb. İlin əvvəlindən artım isə 11.3% və ya 21,990 nəfər təşkil edib.
Bank sektorunun şəbəkəsi də geniş olaraq qalır. Mayın sonuna bankların 499 filialı, 84 şöbəsi və 3,502 ATM-i fəaliyyət göstərib. Sektorda çalışanların sayı isə 27,374 nəfər olub.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?