Bankların aktivlərin təsnifləşdirilməsinə və mümkün zərərlərin ödənilməsinə dair qayda dəyişdirilib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nda dəyişiklik edib.
Banker.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, borcalanın zərəri hesablanarkən onun faiz, vergi və amortizasiya xərcləri nəzərə alınmayacaq. Başqa sözlə, borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq.
Bundan başqa, yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığı qiymətli kağızlarla eyni kredit reytinqinə malik çoxtərəfli inkişaf banklarının buraxdığı qiymətli kağızlar da aid edilib.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?